DİM-dən Anews.az-a verilən məlumata görə, müsahibədə iştirak etmək üçün qeydiyyat iyunun 14-dək davam edəcək.
Namizədlər əldə etdikləri sertifikata uyğun olan müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün namizədlər 14 iyun 2019-cu il saat 18:00-dək (30 gün müddətində) "Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidir.
Vəzifə altqrupları üzrə müsahibəyə təqdim olunmuş vakant vəzifələr haqqında məlumat aşağıda qeyd edilib:
Milli Televiziya və Radio Şurasında BA4 altqrupu üzrə 1 vəzifə
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (11 vəzifə) –AB1 altqrupu üzrə 1, AB2 altqrupu üzrə 1, BA3 altqrupu üzrə 2, BA4 altqrupu üzrə 5, BB4 altqrupu üzrə 2 vəzifə
İqtisadiyyat Nazirliyində BA4 altqrupu üzrə 2 vəzifə
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində BB4 altqrupu üzrə 1 vəzifə
Şəki Apelyasiya Məhkəməsində BA4 altqrupu üzrə 15 vəzifə
Lənkəran Ağır Cinayətlər Məhkəməsində BB2 altqrupu üzrə 4 vəzifə
Qaradağ Rayon Məhkəməsində BB4 altqrupu üzrə 11 vəzifə
Astara Rayon Məhkəməsində BB4 altqrupu üzrə 8 vəzifə
Balakən Rayon Məhkəməsində BB4 altqrupu üzrə 2 vəzifə
Salyan Rayon Məhkəməsində BB4 altqrupu üzrə 1 vəzifə
Ucar Rayon Məhkəməsində BB4 altqrupu üzrə 2 vəzifə
Ümumilikdə, müsahibəyə çıxarılmış 58 vakant vəzifənin 2-si 4-cü təsnifata, 25- i 5-ci təsnifata, 4-ü 6-cı təsnifata, 27-si isə 7-ci təsnifata aid olmaqla, 2-si AB, 25-i BA, 31-i isə BB vəzifə qrupuna aiddir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !