Bu rayonlarda təbii qaz olmayacaq

21:19 | 06.09.2016
Bu rayonlarda təbii qaz olmayacaq

Bu rayonlarda təbii qaz olmayacaq

Abşeron, Astara, Siyəzən və Ağdam magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

ANN.Az SOCAR-ın saytına istinadən xəbər verir ki, sentyabrın 7-də saat 09:00-dan 18:00-dək "Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Xırdalan”, Astara magistral qaz kəmərləri sahəsinin "İmişli”, "Axundov”, "Saatlı”, "Qaracalar”, "Otuzikilər”, "Əlillər” və "Şahağacı”, Siyəzən magistral qaz kəmərləri sahəsinin "Şirvanovka” və Ağdam magistral qaz kəmərləri sahəsinin "Bərdə” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Astara rayonunun Pensar, Siyəku, Kakolos, Şahağac və Tənqərud, Qusar rayonunun Şirvanovka kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Bakı şəhəri Binəqədi rayonunun və Xırdalan şəhərinin, həmçinin İmişli, Saatlı, Sabirabad və Bərdə rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb