Bu rayonların qaz təchizatı məhdudlaşdırılır

10:59 | 20.05.2016
Bu rayonların qaz təchizatı məhdudlaşdırılır

Bu rayonların qaz təchizatı məhdudlaşdırılır

Bu gün Bakı şəhəri  Sabunçu və Xətai rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics”ə verilən məlumata görə, qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədar "Azəriqaz” İB-nin təmir tikinti idarəsi tərəfindən yeni çəkilmiş qaz xəttinin mövcud xəttə qoşulması və qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi məqsədilə mayın 20-də saat  09:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin, həmçinin Xətai rayonunun Sarayeva, Q.Nəbi, M. Rüstəm, Cavanşir, Sadıqcan, M. Hadi, S. Ə. Şirvani, Mehmandarov, Şıxlınski küçələrində, Gəncə prospekti, H. Aslanov qəsəbəsi, K. Kərimov, Əhmədli yolu və Zığ yolu ətrafı ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM