Bu şəxslər üçün istehlak kreditləri bərpa edilir

11:22 | 26.05.2016
Bu şəxslər üçün istehlak kreditləri bərpa edilir

Bu şəxslər üçün istehlak kreditləri bərpa edilir

Bəzi banklar istehlak kreditlərini bərpa edir, amma krediti yalnız aylıq əmək haqqı 410 manatdan yuxarı olan şəxslər ala biləcək. 

Modern.az saytının məlumatına görə, bu barədə iqtisadçı Rövşən Ağayev bildirib ki, banklar krediti qeyri-leqal əmək haqqı əsasında deyil, rəsmi maaşlara görə verəcək:

"Dövlət statistikasında olan ən son məlumata görə isə, maaş cədvəlinə qol çəkənlərin 77%-nin əmək haqqı 400 manatdan aşağı olub. Deməli, maaşla işləyən insanların ən yaxşı halda 23%-i kreditə iddia edə biləcəklər.

Onların da bir hissəsinin - yüksək maaş və maaşdan əlavə nəhəng qeyri-maaş gəlirlərinə malik məmurların (həmçinin dövlət şirkətlərinin çalışanların) istehlak kreditinə ehtiyac olmadığını da nəzərə alanda, bankların istehlak kreditləri üçün müştərilər ən yaxşı halda muzdla işləyənlərin 15-20%-i qədər insan olacaq”.

R.Ağayevin sözlərinə görə, 4.9 milyon nəfər əmək qabiliyyətli yaşında olan iqtisadi fəal əhalinin (işləmək imkanı olan) cəmi 1.5 milyon nəfəri rəsmi çalışır - yəni leqal işçi qüvvəsidir:

"Bu isə o deməkdir ki, hazırda təklif edilən şərtlərlə Azərbaycanda hökumətin məşğul hesab etdiyi insanların 30%-i bank kreditlərinə iddia edə biləcək”.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM