Bu stansiyada eskalator dayandırılır

09:48 | 07.01.2015
Bu stansiyada eskalator dayandırılır

Bu stansiyada eskalator dayandırılır

"Bakı Metropoliteni” QSC-nin "Nizami” stansiyasında fəaliyyət göstərən 3 saylı eskalator əsaslı təmirə dayandırılır.

ANN.Az "APA-Economics”ə istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni”nin İctimaiyyətlə əlaqələr və mətbuat katibliyinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

N. Paşayev bildirib ki, bununla bağlı bütün hazırlıqlar görülüb: "Yanvarın 8-dən təmirə dayandırılacaq eskalatorun bütün hissələri söküləcək. Fevralın 7-ə qədər eskalatorun yenidən istifadəyə verməsi planlaşdırılır”.
 
Qeyd edək ki, 3 saylı eskalatorun əsaslı təmirə dayandırılması planlaşdırılmış işlər çərçivəsində həyata keçirilir. Hər bir eskalator müəyyən edilmiş yürüş məsafəsini tamamladıqdan sonra cari və əsaslı təmirə dayandırılır.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM