Bu ulduz Yeri məhv edə bilər

16:04 | 20.10.2016
Bu ulduz Yeri məhv edə bilər

Bu ulduz Yeri məhv edə bilər

Avropa Kosmik Rəsədxanasının (European Space Observatory, ESO) ən böyük teleskopu )Very Large Telescope, VLTI) Eta Kil (Eta Carinae) ulduzunun yeni, dəqiq fotolarını əldə ediblər.

Milli.Az Astronomy & Astrophysics-ə istinadən bildirir ki, həddən artıq parlaq, qeyri-stabil olan bu ulduz Yerdə həyatı məhv edə bilər.

Eta ulduzunu ilk dəfə britaniyalı astronom Edmud Qalley 1677-ci ildə müşahidə edib. 18-19-cu əsrlərdə ulduzun parlaqlığı sürəkli dəyişib.

20-ci əsrin sonları - 21-ci əsrin əvvəllərində isə alimlər bu ulduzun qeyri-adi, ikiqat sistem olduğunu müəyyənləşdirdilər. Çox yəqin ki, qalaktikamızda ən böyük ulduz olan Eta Kilin kütləsi Günəşdən 150 dəfə artıqdır. Etanın təbii peyki olan ulduzun çəkisi Günəşdən 80 dəfə artıqdır.

Daxilindəki yüksək təzyiq nəticəsində Eta Kilin xarici şüalanması aktivləşdikcə artır. Bu səbəbdən ulduz ilkin kütləsinin 25 faizini itirib və partlayışlar nəticəsində Etanın ətrafında Homunkul dumanlığı yaranıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM