Bu videonu yayanları DIN tapıb, cərimələdi - VİDEO

13:26 | 28.08.2020
Bu videonu yayanları DIN tapıb, cərimələdi - VİDEO

Bu videonu yayanları DIN tapıb, cərimələdi - VİDEO

Sosial şəbəkələrdə yayılmış görüntülər DİN tərəfindən araşdırıldı


Anews.az xəbər verir ki, ölkədə tətbiq olunan karantin rejimi qaydalarına zidd olaraq paytaxt ərazisində yerləşən"Hollywood” restoranında məclis təşkil edilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər DİN tərəfindən nəzarətə götürülmüşdür.


Aparılan araşdırmalarla 5 nəfərlik məclisin adıçəkilən restoranda deyil, Nəsimi rayonundakı ofisdə onun icarədarı tərəfindən təşkil edildiyi məlum olmuşdur. Məclisin təşkilatçısı və iştirakçıları müəyyən edilərək barələrində qanunvericiliyə uyğun tədbirlər görülmüşdür. 


Belə ki, ofisin icarədarı İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 10 sutka həbs edilmiş, digər 4 nəfər isə 400 manat cərimə olunmuşdur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb