Büdcədən 2,6 milyard manat xərcləndi

16:35 | 05.04.2016
Büdcədən 2,6 milyard manat xərcləndi

Büdcədən 2,6 milyard manat xərcləndi

2016-cı ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 3 milyard 678,1 milyon manat, xərcləri 2 milyard 623,5 milyon manat olub, 1 milyard 54,6 milyon manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb.

Bu barədə Maliyyə Nazirliyindən Oxu.Az-a bildirilib.

2016-cı ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 3 milyard 570,6 milyon manat proqnoza qarşı 3 milyard 678,1 milyon manat və yaxud 3% çox olub.

Bundan başqa, Dövlət Neft Fondundan (SOFAZ) dövlət büdcəsinə 1 milyard 660 milyon manat vəsait transfert edilib.

2016-cı ilin 1-ci rübündə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 73,3% və yaxud 2 milyard 623,5 milyon manat icra olunub.

İqtisadi təsnifata uyğun olaraq cari ilin ilk üç ayında dövlət büdcəsi xərclərinin 54,4%-i və yaxud 1 milyard 426,7 milyon manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,8% və yaxud 52 milyon manat çoxdur.

Cari ilin 1-ci rübündə icmal büdcənin gəlirləri 4 milyard 473,2 milyon manat, icmal büdcənin xərcləri isə 3 milyard 348,3 milyon manat icra olunub. İcmal büdcənin artıqlığı 1 milyard 124,9 milyon manat təşkil edib.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb