BVF-dən İrana xəbərdarlıq

13:12 | 18.05.2016
BVF-dən İrana xəbərdarlıq

BVF-dən İrana xəbərdarlıq

İran iqtisadiyyatını dirçəltməkdən ötrü neft gəlirlərindəki sıçrayışa bel bağlamamalı, qlobal iqtisadiyyata qoşulmağın digər fürsətlərini axtarmalıdır. Belə bir xəbərdarlıqla Beynəlxalq Valyuta Fondunun rəsmisi çıxış edib.

"Bu gün İran iqtisadiyyatı üçün həlledici bir məqamda danışıram”, BVF-nin direktor müavini David Lipton mayın 17-də İran Mərkəzi Bankındakı çıxışında deyib. O, Tehranda ikigünlük səfərdədir. "Mühüm sanksiyalar aradan qaldırılıb, ölkənizin qlobal iqtisadiyyata inteqrasiyasını dərinləşdirmək fürsəti yaranıb”.

İrana sanksiyalar yanvarda qaldırılıb. O vaxtdan İran neft hasilatını gündə 4 milyon barrelə yaxınlaşdırıb ki, bu da sanksiyalardan öncəki səviyyə deməkdir.

Lipton deyib ki, neftin ucuzlaşması İran iqtisadiyyatının qazancını, büdcə gəlirlərini məhdudlaşdıracaq. O, İranı Çin, Latın Amerikası, Şərqi Avropa ölkələrinin yoluyla getməyə çağırıb. Həmin ölkələr iqtisadiyyatlarını şaxələndirmək məqsədilə azad bazar islahatları həyata keçiriblər. (Azadliq.org)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb