Canlı yayımda "Pokemon GO" həvəskarını qarət etdilər - VİDEO

17:01 | 19.09.2016
Canlı yayımda

Canlı yayımda "Pokemon GO" həvəskarını qarət etdilər - VİDEO

İnternet yayım mobil telefonun alınmasından da sonra davam edib

ANN.Az xəbər verir ki, Nyu-Yorkda naməlum şəxs "Rickeybot" adlı Pokemon GO oyunçusuna hücum edib.

Canlı yayım vasitəsilə qeydə alınan hadisə zamanı qaradərili şəxs pokemon axtaran gənci yerə yıxaraq, smartfonu əlindən alıb. İnternet yayım mobil telefonun alınmasından da sonra davam edib. 

Bu barədə oyunçu özü "Tvitter" sosial şəbəkəsində yazıb. Buna baxmayaraq, hücum edən şəxsin üzü videoda qeydə alınıb. Ancaq polis əməkdaşları cinayətkarı tapa bilməyiblər.


Pokémon GO Niantic tərəfindən təkmilləşdirilən ve The Pokémon Company tərəfindən nəşr edilən, iOS ve Android sistemli artırılmış reallıq oyunudur.

Oyuna daxil olduqdan sonra yaratdığınız avatarla birlikdə Pokemon ovuna çıxırsınız. Oyunçular pokemonları toplayaraq kolleksiya yaratmağa başlayır. Smartfonların GPS və kamera özəlliyinin istifadə edildiyi oyun, xəritəylə birlikdə real həyatla əlaqəlidir. Oyun virtual görünsə də, pokemonları toplamaq üçün real yerlərə getmək lazım olur.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM