Caspian European Club və Caspian Energy WORLD PETROLEUM CONGRESS ISTANBUL 2017-də iştirak edir

15:45 | 10.07.2017
Caspian European Club və Caspian Energy WORLD PETROLEUM CONGRESS ISTANBUL 2017-də iştirak edir

Caspian European Club və Caspian Energy WORLD PETROLEUM CONGRESS ISTANBUL 2017-də iştirak edir

Caspian European Club və Caspian Energy International Media Group-un nümayəndə qrupu 22-ci Dünya Nef-Qaz Konqresi və Sərgisinin (22nd World Petroleum Congress and Exhibition) işində iştirak edir. Sərgidə Caspian Energy-nin stendi nümayiş olunacaq.

Caspian Energy International Media Group 2017-ci il iyulun 9-dan 13-dək İstanbulda keçirilən Dünya Neft-Qaz Konqresinin (22nd WORLD PETROLEUM CONGRESS ISTANBUL 2017) media-partnyorudur.

Konfransa dəvət olunmuş spikerlər arasında ABŞ-ın dövlət katibi Reks Tillerson, Rusiyanın energetika naziri Aleksandr Novak, Total-ın baş direktoru Patrik Puyanne, Türkiyənin energetika naziri Berat Albayrak, BP-nin icraçı direktoru Bob Dadli, Saudi Aramco şirkətinin rəhbəri Amin Naser, Oil and Gas Credit Suisse -in rəhbəri Osman Abib, Bəhreynin neft naziri şeyx Muhəmməd bin Xəlifə bin Əhməd Əl Xəlifə, OPEK-in baş katibi Muhəmməd Sanusi Barkindo, Shell-in baş icraçı direktoru Ben vann Beurden, BEA-nın icraçı direktoru Fatih Birol, Woodside-nin baş direktoru Pitel Kolmen və digərləri yer alıblar.

Çıxış edənlər arasında Shell, Kuwait Petroleum, Total, Saudi Aramco, Barra Energia SA, Petronas, NIOC, ExxonMobil Gas, BP, ENGIE, Halliburton, Schlumberger və s. kimi şirkətlərin rəhbərləri və nümayəndələri də olacaq.

Caspian Energy dünyanın 50 ölkəsində yayılır. Fəaliyyət göstərdiyi 18 il ərzində jurnalda MDB və Aİ ölkələrinin prezident və baş nazirlərinin, eyni zamanda nüfuzlu beynəlxalq təşkilatların, iri transmilli şirkətlərin rəhbərlərinin müsahibələri və aparıcı ekspertlərin icmal və analitik materialları dərc olunur.

Müxtəlif qiymətləndirmələrə görə, "Caspian Energy" jurnalı Xəzər-Qara dəniz regionunun aparıcı nəşrləri beşliyinə daxil olub, Xəzər-Qara dəniz və Baltik regionlarında fəaliyyətin müəyyən edilməsində əksər sərmayəçilər üçün istiqamətləndirici rolunu oynayır.

*Material, informasiya, məqalələrin dərci, video və audio süjetlərin hazırlanması zamanı Caspian European Club və Caspian American Club-un tədbirinə istinad etmək mütləqdir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM