Cəbrayıla ilin sonuna kimi mindən çox adam köçürüləcək

14:45 | 26.01.2024
Cəbrayıla ilin sonuna kimi mindən çox adam köçürüləcək

Cəbrayıla ilin sonuna kimi mindən çox adam köçürüləcək

2024-cü ilin sonuna kimi kimi Cəbrayıla 1395 nəfərin köçürülməsi planlaşdırılır. Bunu Cəbrayıl və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi, Ekoloji məsələlər üzrə İşçi qrupun üzvü Nərgiz Qaracayeva deyib.
 
O bildirib ki, ötən ildən Cəbrayıl Horovlu kəndində bərpa işlər 2023-cü ildən başlayıb. 
 
Xüsusi nümayəndə vurğulayıb ki, əhalinin növbəti illərdə sayının 3500 nəfərə artırılması nəzərdə tutulur. 
 
Qarabağ iqtisadi rayonu üzrə Prezidentin xüsusi nümayəndəsi Emin Hüsenov deyib ki, 2026-ci ilin sonuna qədər Qarabağ iqtisadi zonasına 16 min ailə köçürüləcək.
 
Bundan əvvəl Şuşanın xüsusi nümayəndəsi Aydın Kərimov mətbuata açıqlamasında bildirib ki, 2024-cü ilin birinci rübündə Şuşaya ilk köç baş tutacaq. 
 
Prezident İlham Əliyev oktyabrın 10-da Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub. 
 
Gülnar Nazimqızı 

 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb