Cəhbə bölgəsindəki məktəblərə təşkil edilən media tur - ANN.TV

17:00 | 23.02.2015
Cəhbə bölgəsindəki məktəblərə təşkil edilən media tur - ANN.TV

Cəhbə bölgəsindəki məktəblərə təşkil edilən media tur - ANN.TV

Təhsil Nazirliyi ilə Müdafiə Nazirliyinin birgə təşkil etdiyi Xocalı soyqırımının 23-cü ildönümü ərəfəsində cəbhəyanı ərazilərdəki təhsil müəssisələrinə media tur zamanı cəbhənin Ağcabədi, Ağdam və Tərtər rayonlarına səfər edilib. 

 

Media tur çərçivəsində ilk görüş Ağcabədi rayonu Hindarx qəsəbəsindəki Milli Qəhrəman Etibar İsmayılov adına 1 nömrəli orta məktəbdə oldu. Media nümayəndələri məktəbdə keçirilən bir neçə dərsdə iştirak etdilər. 

 

Daha sonra media tur iştirakçıları Ağdam rayonu Çəmənli kəndindəki Ziyəddin İsgəndərov adına orta məktəbdə və Ağdam rayonu Qaradağlı kənd tam orta məktəbdə bir neçə dərsdə iştirak etdilər. 

 

Mediaturun növbəti səfəri Tərtər rayonunun Qapanlı kəndindəki F.Həmidov adına orta məktəbində oldu. Səfər zamanı Tərtər rayonu Qapanlı kənd orta məktəbində pedaqoji kollektiv və şagirdlərlə görüş keçirildi. 

 

Daha sonra media nümayəndələri və şagirdlər bölgədəki "N” saylı hərbi hissədə oldular və əsgərlərin döyüş hazırlığı səviyyəsini nümayiş etdirən çıxışlarını izlədilər. Həmçinin döyüş texnikası və hərbi avadanlıqlarda baxış keçirildi. 

 

 

Orxan Aslanlı

 

 

ANN.Az

 

 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb