• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişiklikləri təsdiqləyib

Prezident “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
10.08.2015 20:28
Azərbaycan prezidenti İlham Əliyev "Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2015-ci il 29 may tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb.

APA-nın məlumatına görə, Nazirlər Kabineti 3 ay müddətində:
 
Azərbaycan qanunlarının və prezidentin aktlarının "Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb prezidentə təqdim etməlidir;
 
"Avtomobil nəqliyyatı haqqında” qanunun pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində müəyyən olunmuş məsuliyyətin təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim etməlidir;
 
avtovağzala (avtostansiyaya) pasportun verilməsinə görə həmin Qanunun 7.5-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumu məbləğinin müəyyən olunması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim etməlidir;
 
həmin Qanunun 7-1.6-cı maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanı barədə təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim etməlidir;
 
avtonəqliyyat vasitələri üçün saxta və ya keyfiyyətsiz ehtiyat hissələr idxalının qarşısını almaq məqsədi ilə müvafiq təkliflər hazırlayıb Azərbaycan prezidentinə təqdim etməlidir;
 
həmin Qanunun 9.2-ci maddəsinə uyğun olaraq, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair tələbləri müəyyən etməlidir və bu barədə Azərbaycan prezidentinə məlumat verməlidir;
 
avtonəqliyyat vasitələrinin bütün ehtiyat hissələrinin məcburi sertifikatlaşdırılmalı olan mallara aid edilməsi məqsədi ilə "Məhsulların (işlərin, xidmətlərin) sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 iyul tarixli 343 nömrəli qərarında müvafiq dəyişikliklər etməlidir və bu barədə Azərbaycan prezidentinə məlumat verməlidir;
 
mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalıdır və bunun icrası barədə 5 ay müddətində Azərbaycan prezidentinə məlumat verməlidir;
 
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 3 ay müddətində aşağıdakı standartları təkmilləşdirərək, Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək üçün təqdim etməlidir və bu barədə Azərbaycan prezidentinə məlumat verməlidir, Nəqliyyat Nazirliyi isə standartlar qüvvəyə mindiyi gündən 3 ay müddətində avtonəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyalarını (sahələrini) həmin standartlarla tanış etməlidir.
 
Öz növbəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəqliyyat vasitələrinə dövlət texniki baxışının keçirilməsi, habelə avtonəqliyyat vasitələrinin təmiri və onlara texniki xidmət, nasazlığın aradan qaldırılması, eləcə də onların etibarlı və təhlükəsiz istismarı və ekoloji yararlılığı üzrə kompleks işlər sahəsində mütəxəssislərin peşə standartlarını 2016-cı il yanvarın 1-dək təsdiq edərək Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək üçün təqdim etməlidir, Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol