• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa Şurasının baş katibi Rasim Əliyevlə bağlı bəyanatla çıxış edib

Avropa Şurasının baş katibi Rasim Əliyevlə bağlı bəyanatla çıxış edib
11.08.2015 09:12
Avropa Şurasının (AŞ) baş katibi Torbyorn Yaqland azərbaycanlı jurnalist Rasim Əliyevə hücumu pisləyən bəyanatla çıxış edib.
 
APA-nın xəbərinə görə,  baş katib R. Əliyevin ölümündən sarsıldığını  bildirib.
 
O, Azərbaycan hakimiyyətini bu hadisəni hərtərəfli və sürətlə araşdırmağa, günahkarları məsuliyyətə cəlb etməyə çağırıb.
 
Yaqland vətəndaş cəmiyyəti və hakimiyyət arasında daxili dialoqun aparılmasının vacibliyini də qeyd edib.

Qeyd edək ki, avqustun 8-də "facebook”  statusuna görə, bir qrup şəxs tərəfindən fiziki təzyiq göstərilən Rasim Əliyev aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
 
Azərbaycan prezidenti İlham Əliyev bu faktı ölkədə söz və məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinə təhlükə və təhdid kimi qiymətləndirərək qeyd edib ki, demokratik prinsiplərin mühüm tərkib hissəsi olan KİV azadlığının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi və prioritet vəzifələrindən biridir: "Bu prinsipin pozulması dövlətin maraqlarına və həyata keçirilən siyasətin mahiyyətinə tamamilə ziddir və yolverilməzdir”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol