Ermənilər Ağdamın işğal olunan kəndlərində yenidən yanğın törədiblər

Ermənilər Ağdamın işğal olunmuş Baş Qərvənd kəndi ərazisində yenidən yanğın törədiblər.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, alov Baş Qərvənd ərazi vahidliyinin Bayramlar kəndində qeydə alınıb. Ermənilər tərəfindən dağıdılmış yaşayış məntəqəsinin mərkəzi hissəsində müşahidə olunan yanğın təmas xəttinə yaxın ərazilərdən görünür.
www.ann.az
























