• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda torpaq sürüşməsi - VİDEO

Bakıda torpaq sürüşməsi - VİDEO
13.08.2015 11:03
Zığ qəsəbəsində torpaq sürüşməsi baş verib.

ANS TV-nin məlumatına görə, Suraxanı rayonu Zığ qəsəbəsində axşam saatlarında torpaq sürüşməsi qeydə alınıb. Bu səbəbdən də bir neçə evdə iri çatlar əmələ gəlib. 

Yaxınlıqda yerləşən yarımtikilinin divarları isə demək olar ki, uçaraq yerə tökülüb. Ətrafda yaşayan sakinlər artıq baş verənlərdən təşvişə düşüb.

Sakinlərin sözlərinə görə, burda yaşamaq təhlükəlidir. Rayon icra hakimiyyəti tərəfindən də köçürülmürlər.

"Axşam saatlarında ailəmlə birlikdə evdə oturmuşdum. Birdən yüksəkdən səs eşidildi. Bu vaxt evin arxasında yerləşən qonşunun evinin bir hissəsi uçdu. Bu an evimin davarları çatladı. Biz tez bir zamanda evi tərk etdik. Təhlükəli bir vəziyyət yaranmışdır”,- deyə şikayətçi Müqasib Quliyev bildirib. 

"Çox təhlükəli bir vəziyyətdə yaşayırıq. Ərazidəki evlərin çoxunun uçmaq təhlükəsi var. Evlərin divarlarında böyük çatlar yaranıb. Uşaqlarımız həyatı üçün çox narahatıq. Bu gün sürüşmə ilə bağlı mütəxəssislər gəldilər və süxurlardan nümunələr götürdülər”, - deyə şikayətçi Afaq Bayramova qeyd edib. 

"Bu məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsək də bu günə kim heç bir tədbir görülməyib. Hazırda ərazidə yerləşən 55 evdən yalnız 27-i köçürülüb. Yerdə qalan daha 28 evin göçürülməsi prosesi isə gecikdirili”, - deyə şikayətçi Etimad Həsənov bəyan edib. 

Daha sonra əraziyə Suraxanı rayon icra hakimiyyətinin nümayəndələri gəldi. Sakinlərlə onlar arasında mübahisə düşdü.

Rayon icra hakimiyyətinin şöbə müdiri Xanoğlan Allahverdiyev bildirdi ki, onlar müəyyən addımlar atıblar. 32 qəzalı vəziyyətdə olan evin sakinlərinə rayon icra hakimiyyəti tərəfindən maddi yardım ayrılıb. Və onlar şəhərin başqa yerində kirayə yaşayır. Qaldı ki, digər ev sahiblərinə, qurum rəsmisi əlavə etdi ki, hər ay evlərin qəzalı olub-olmamsı ilə bağlı araşdırma aparılır. Dəyən ziyan hesablanır:

"Hazırda sürüşmə zonasından olan 52 evdən 30-a yaxın ev köçürülübdür. Qalan evlərdə isə yaşamaq mümkündür. Lakin sakinlərdə bəzilər köçmək istəmir”.

Sonda Xanoğlan Allahverdiyev onuda əlavə etdi ki, indiyə kimi 120 yaşayış sahəsi qəzalı ev kimi siyahıya alınıb. 55 evin isə tam qəzalı vəziyyətdə olması müəyyən edilib. Bu məqsədlə də həmin mənzil sahiblərinə maddi yardım ayrılacaq.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol