• $
  • €
  • ₽
  • ₺
  • £

TQDK ali təhsil müəssisələrinə boş qalan yerlərin sayını açıqladı

TQDK ali təhsil müəssisələrinə boş qalan yerlərin sayını açıqladı
13.08.2015 15:58
"Birinci mərhələ üzrə qəbul planı 83, 12 faiz dolub və 32 196 nəfər tələbə adı qazanıb. Həmin şəxslərdən 27 541 nəfəri orta ümumtəhsil müəssisələrini 2015-ci ildə bitirən məzundur”.

APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib. E. Nağızadənin sözlərinə görə, dövlət və özəl ali təhsil müəssisələrinə ümumilikdə 6 555 yer boş qalıb: "Həmin yerlərin siyahısı çap olunmaq üçün artıq hazırlanıb. "Abituriyent” jurnalının 8-ci sayında boş qalan yerlərin siyahısı axşam saatlarında abituriyentlərin istifadəsinə veriləcək. Ali məktəblərin boş qalan yerlərinə qəbul olmaq istəyən gənclər bilməlidir ki, proses avqustun 14-dən 19-dək internet vasitəsilə ixtisas seçimi aparılacaq. Müsabiqədə iştirak hüququ olan şəxslər həmin ixtisasları seçərək ərizələrində qeyd edə bilərlər”.

TQDK rəsmisi əlavə edib ki, bu mərhələdə eyni zamanda 11 illik təhsil bazasında kolleclərə qəbul prosesi də həyata keçiriləcək: "Bildiyiniz kimi, bu ildən kolleclərə 11 illik təhsil bazasında qəbul buraxılış imtahanı əsasında keçirilir. Kimlər ki, müsabiqədə iştirak etmək hüququna malikdir, onlar avqustun 14-dən 19-na qədər kolleclərin ixtisaslarını seçə bilər”.

E. Nağızadə qeyd edib ki, eyni ərizə formasında həm ali təhsil müəssisələrinin boş qalan plan yerlərini, həm də orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçmək mümkündür: "Bununla da ikinci mərhələ də başa çatdıqdan sonra ali təhsil müəssisələrinə qəbul prosesi yekunlaşacaq”.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol