• $
  • €
  • ₽
  • ₺
  • £

Dönərxanalarda aparılan yoxlamalar dayandırıldı

Dönərxanalarda aparılan yoxlamalar dayandırıldı
21.10.2015 14:32
Dönərxanalarda planlı yoxlamaların aparılması dayandırılıb.
 
Bunu Trend-ə açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası Bölməsinin müdiri İmran Abdullayev deyib.

Onun sözlərinə görə, bundan sonra dönərxanalarda yoxlamalar yalnız əhalinin şikayəti əsasında aparılacaq: "Prezident İlham Əliyev sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması ilə bağlı fərman verib. Bu fərmana uyğun olaraq, dönərxanalarda aparılan planlı yoxlamaları dayandırmışıq. İndi yeni qanun layihəsi işlənib hazırlanıb. Bundan sonra yoxlamaların hansı istiqamətdə, necə aparılması ilə bağlı qərar olsa, digər dövlət orqanları kimi biz də həmin qaydada hərəkət edəcəyik. Bundan sonra yalnız istehlakçıların müraciəti əsasında yoxlamalar aparılacaq. Yoxlamalar qanunvericiliyin tələblərinə uyğun aparılacaq”.

Qeyd edək ki, oktyabrın 19-da Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərilib. Qanun layihəsinə əsasən 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol