• $
  • €
  • ₽
  • ₺
  • £

Parlament seçkilərində əlillər üçün xüsusi şərait yaradılacaq

Parlament seçkilərində əlillər üçün xüsusi şərait yaradılacaq
24.10.2015 19:30
Seçki günü əlil seçicilər üçün seçki məntəqələrində pandusların quraşdırılmasına xüsusi diqqət yetirilməlidir.
 
Trend-in məlumatına görə, bu barədə bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov deyib.

M.Pənahov bildirib ki, fiziki imkanları məhdud bu insanlar üçün ictimai tədbirlərdə iştirak etmək önəmlidir: "Seçki məntəqələrində pandusların quraşdırılması çox mütərəqqi bir addımdır. Seçki məntəqələri panduslarla təmin olunacaq”.

MSK sədri əlavə edib ki, seçki məntəqələrində quraşdırılmış veb-kameralar komissiya üzvlərinin əyləşdiyi masaları və seçki qutusunu göstərməlidir: "Naxçıvanda Milli Məclislə bərabər Naxçıvan Ali Məclisinə də seçkilər keçirilir. Naxçıvanda veb-kameralar quraşdırılmış seçki məntəqələrində həm Azərbaycan, həm də ingilis dilində aydın yazılmalıdır ki, Milli Məclisə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər keçirilir. Bu da seçki məntəqəsində quraşdırılmış veb-kamerada aydın görünməlidir”.

Sonra bildirilib ki, Ümid Partiyası tərəfindən təqdim olunan məktubda müşahidəçi kimi 250 nəfərin adı yazılsa da, 237 nəfərin ərizəsi var. 237 nəfər isə ərizələrində Ümid Partiyasının müşahidəçisi olmaq istədiklərini qeyd etməyiblər. Sadəcə, 17 nəfər konkret namizədin müşahidəçisi olmaq istədiyini bildirib, qalanları isə öz təşəbbüsləri ilə müşahidəçi olmaq istədiklərini ifadə ediblər.

MSK sədri yaranmış vəziyyətdən çıxış yolu olaraq Ümid Partiyasına məsələni tənzimləmək üçün 2-3 gün vaxt verilməsini təklif edib: "Ya həmin şəxslər Ümid Partiyasının təşəbbüsü ilə müşahidəçi kimi irəli sürülməlidirlər, ya da konkret namizədlərlə bağlı müşahidəçi ola bilərlər”.

M.Pənahov deyib ki, bəzi dairələr belə hallardan MSK-nın güya qərəzli hərəkət etməsi barədə təəssürat yaratmaq üçün istifadə edirlər: "Üç gün ərzində partiya tərəfindən bu məsələ yoluna qoyulmasa, biz belə cəhdlərin şahidi ola bilərik. Ümid edək ki, partiya bu məsələni yoluna qoyacaq”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol