• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda suriyalı və iraqlı ovçular tutuldu

Azərbaycanda suriyalı və iraqlı ovçular tutuldu
27.10.2015 15:44
21 oktyabr 2015-ci il tarixində Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı qanunsuz ov edən xarici ölkə vətəndaşları saxlanılıb.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, araşdırma zamanı qanun pozucularının Suriya vətəndaşı Al Hamdo Məhəmməd və İraq vətəndaşı Xəlil İbrahim Eesee Əl-Cavari olduğu müəyyən edilərək onlardan 4 ədəd çöl göyərçini, 4 ədəd bildirçin, 2 ədəd ev göyərçini, qızılquş tutmaq üçün 4 ədəd cələ, 1 ədəd tor və quş saxlamaq üçün səbət aşkar olunaraq götürülüb. 

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun akt və protokol tərtib edilərək qanunsuz ov alətləri müsadirə olunub və qanun pozucuları "Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduqlarına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən hər biri 2000 manat olmaqla, ümumilikdə 4000 manat məbləğində cərimə edilib.

Respublika ərazisində qanunsuz ov hallarının qarşısını almaq məqsədilə reydlər davam etdirilir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol