• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisi həbs edilib

Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisi həbs edilib
15.11.2015 18:00
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov barəsində həbs qətimkan tədbiri seçilib.
 
APA-nın məlumatına görə, A. Çovdarov Cinayət Məcəlləsinin 308.2, 309.1, 302.2-ci və  311-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, Səbayel rayon Məhkəməsi tərəfindən 3 ay müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, çoxsaylı sahibkarların şikayəti ilə yanaşı MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbs edilmiş sabiq əməkdaşları da A. Çovdarovun əleyhinə ifadə veriblər.
 
Xatırladaq ki, bundan əvvəl MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin idarə rəisi Akif Əliyev, şöbə rəisi Orxan Osmanov, həmçinin Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Natiq Alıyev və Zaur Məmmədov barəsində də həbs qətimkan tədbiri seçilib.
 
Çovdarov da  Bakı İstintaq Təcridxanasına aparılıb.
 
Qeyd edək ki, A. Çovdarovun həbs olunması barədə ilk xəbəri haqqın.az saytı yayıb. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Siyasət 14:30
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi doqquz ayda 9 milyard dolları ötüb
Siyasət 14:06
Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi doqquz ayda 9 milyard dolları ötüb
Bayramovun italiyanlı həmkarı ilə görüşü başlayıb
Siyasət 13:36
Bayramovun italiyanlı həmkarı ilə görüşü başlayıb
Əliyev İtaliya XİN rəhbərini qəbul edib
Siyasət 12:13
Əliyev İtaliya XİN rəhbərini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol