• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının ən təhlükəli sürüşmə ocaqları müəyyənləşdi

Bakının ən təhlükəli sürüşmə ocaqları müəyyənləşdi
17.11.2015 10:13
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutu tərəfindən ilk dəfə olaraq Böyük Bakı ərazisində təhlükəli geomorfodinamiki proseslərin inkişafının qiymətləndirilməsi aparılıb və bunun nəticəsində təhlükəli sürüşmə ocaqları müəyyənləşdirilib.

İnstitutun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə elmlər doktoru Starə Tarixəzəri Trend-ə deyib ki, ilkin nəticələrə görə, Bakıda Dağüstü park, Bayıl yamacı, Gəncə prospekti, Yeni Günəşli yaşayış massivi, köhnə kərpic zavodunun ərazisi və Masazır qəsəbəsində sürüşmə sahələri geniş yayılıb və həmin ərazilər sürüşmə baxımından təhlükəli hesab edilir.

S.Tarixəzəri bildirib ki, tədqiqat zamanı son 20-25 ildə Bayıl yamacında sürüşmə sahəsinin 12-13 faiz böyüdüyü, sürüşən torpaqların həcminin isə 15-20 faiz çoxaldığı məlum olub. Bayıl yamacında sürüşmənin qarşısını almaqdan ötrü burada çoxmərtəbəli binaların tikilməsinin qadağan edilməsi, yeraltı suların axmasının dayandırılması, ağacların əkilməsi təklif edilir.

Alim bildirib ki, Bakıda sürüşməyə təbii amillərlə yanaşı, daha çox texnogen amillər - su, kanalizasiya borularının köhnəlməsi, yamacların kəsilməsi, çoxsaylı iritonnajlı maşınların hərəkəti səbəb olur.

Hazırda tədqiqatların davam etdiyini nəzərə çatdıran S.Tarixəzəri qeyd edib ki, sadalalan ərazilərdə sürüşmə sahələrinin sərhədləri dəqiqləşdirilib, onları yaradan amillərin təhlili aparılıb və törətdikləri fəsadlar qiymətləndirilib: "Bununla yanaşı, Bakı şəhərinin və ətraf ərazilərinin relyefinin 3D modeli yaradılıb. Bu modelə sürüşmə yayılan ərazilərdə aparılan topoqrafik planalma işlərinin nəticələri daxil edilib".
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol