• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda balıqların da çəkisi süni şəraitdə artırılacaq - Fotolar

Azərbaycanda balıqların da çəkisi süni şəraitdə artırılacaq - Fotolar
24.11.2015 09:12
Azərbaycanda daha böyük kütləyə malik əmtəə balıq növlərinin süni şəraitdə yetişdirilməsi üçün təcrübi işlərə başlanılıb. Artıq bəzi müəssisələr balıqların kütlələrinin artırılmasına imkan verən bu layihə ilə maraqlanaraq müqavilə bağlamağa hazırlaşırlar.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun elmi işçisi Vidadi Yusibov deyib.

Onun sözlərinə görə, institutun Mingəçevir elmi-təcrübə laboratoriyasında çəki (Cyprinus caprio), ağ Amur (Hypophtalmichthys molitrix), əlvan qalınalın (Ctenopharyngodon idella) əmtəə balıq növlərinin yetişdirilməsinə başlanılıb. Bunun üçün laboratoriyanın ərazisində ümumi sahəsi 2660 kvadratmetr olan, təbii şəraitə maksimum uyğunlaşdırılmış altı torpaq olan 6 ədəd süni göl yaradılıb.

V.Yusibov bildirib ki, təcrübə şəraitində olan balıqların çəkiləri təbii şəraitdə olduğundan daha çox olur. Onun sözlərinə görə, 2-3 il ərzində təcrübə laboratoriyasında intensiv qidalandırılmaqla çəki balığının kütləsini 3 kiloqrama, ağ Amur, əlvan qalınalının kütləsini isə 4-5 kq-a qədər çatdrımaq mümkündür: "Təbiətdə balıqlar kifayət qədər yem əldə edə bilmirlər. Üstəlik, müəyyən xəstəliklər onlara təsir edir ki, bu da balıqların böyüməsinin qarşısı alır. Amma burada steril şərait yaradılmaqla balıqlar kənar təsirlərdən uzaqlaşdırılır. Məqsədimiz daha az müddətdə daha böyük kütləyə malik balıq əldə etmək və əhalinin təhlükəsiz ərzaq məhsulları ilə təmin olunmasına töhfə verməkdir. Bu, eyni zamanda tam fərdi qidalarla qidalanma nəticəsində ekoloji təmiz məhsulların əldə olunmasına imkan verəcək”.

Elmi işçi deyib ki, bu balıqlar süni şəraitdə yetişdirilsə də, onları broyler balıqlar hesab etmək olmaz. Çünki bu balıqlar təbii qidalarla qidalanırlar: "Broyler toyuqların qidalanması fərqlidir və onlar çox az müddətdə böyüyürlər. Bunlar isə təbii şəraitdə yetişdirilən balıqlardır. Onların ətlərinin keyfiyyəti də çox yaxşı olur, dənizdə, çayda yaşayan balıqların ətinin keyfiyyətindən ciddi şəkildə fərqlənmir”.

Çəki balığının yerli faunamızın növlərindən biri olduğunu deyən V.Yusibov qeyd edib ki, ağ Amur, əlvan qalınalın iqlimləşdirmək məqsədilə 1960-cı illərdə Amur çayı hövzəsindən gətirilərək Azərbaycanın su hövzələrinə buraxılsa da, onlar indiyədək iqlimləşməyiblər: "İqlimləşmə o halda baş verir ki, gətirilmiş növ özü həm çoxala, həm də su hövzələrində yaşaya bilsin. Amma bizim ölkənin su hövzələrində olan temperatur şəraiti onların təbii yolla çoxalmasına imkan vermir”.
 
















 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol