• $
  • €
  • ₽
  • ₺
  • £

Hacı Qamət Nardaran hadisəsini pislədi: “Kənar qüvvələrin təsiri görünür”

Hacı Qamət Nardaran hadisəsini pislədi: “Kənar qüvvələrin təsiri görünür”
27.11.2015 15:42
Dünən Nardaran kəndində radikal dindarlarla polis arasında qarşıdurma olub. Qarşıdurma zamanı 2 polis əməkdaşı və 4 nəfər dindar  ölüb.

Nardarandakı qarşıdurmanı "Əbu Bəkr” məscidinin imamı Hacı Qamət Süleymanov da şərh edib.

O, Modern.az-a açıqlamasında deyib ki, hakimiyyətə qarşı hər hansı hadisənin törədilməsi yolverilməzdir.

"Nardaranda baş verən hadisələrə mövqeyimiz budur ki, hakimiyyətə qarşı çıxmaq olmaz. Hakimiyyət nümayəndələrinə xəsarət yetirmək, hər hansısa formada zərər vermək yanlış addımdır. Bu cür hadisələrin hər bir növünü pisləyirik. Belə addımları heç vaxt dəstəkləməmişik”.

Hacı Qamət Nardaran hadisələrində dini kəsimin bu dərəcədə arxayın olmasında kənar qüvvələrin təsirinin olması fikrinə də toxunub.

"Nardaran hadisələrində kənar qüvvələrin müdaxiləsi də mümkün ola bilər. Görünür, onlar nəyəsə arxayındırlar. Bu, istisna edilmir. Çünki hakimiyyətə qarşı təkbaşına mübarizə aparmaq asan deyil. Bunların arxasında hansısa güclü tərəflər dayanmalıdır ki, qarışıqlıq yaratmağa qoşulan adamlar belə addım ata bilsinlər. Ola bilər ki, həm daxildə, həm də xaricdə Nardaran hadisələrinə rəvac verənlər olsun”.

Hacı Qamət Nardaranda baş verənlərin İranmeylli qüvvələrlə əlaqələrin olmasına da münasibət bildirib.

"Nardaranda baş verən hadisələr İranmeylli qüvvələrin olmasını göstərir. Çünki dünənki hadisə şiə məzhəbinin tərəfdarları tərəfindən törədilib. Dəqiq nəsə deyə bilməsəm də, ehtimallar onu deməyə əsas verir”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol