• $
  • €
  • ₽
  • ₺
  • £

Nardaranın işıqsız qalmasının səbəbi - RƏSMİ

Nardaranın işıqsız qalmasının səbəbi - RƏSMİ
27.11.2015 19:55
Abonentlər borclarını ödədikdən sonra elektrik enerjisinin verilişi bərpa ediləcək.

Bu gün Nardaranda elektrik enerjisinin verilişi dayandırılıb.

Bu barədə "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Tanrıverdi Mustafayev ANS PRESS-ə açıqlama verib.

Onun sözlərinə görə, qəsəbədə elektrik enerjisinin verilişi dayandırılması məlum son hadisələrə heç bir aidiyyatı yoxdur. Qurum rəsmisi bildirib ki, noyabrın 20-də "Azərişıq” ASC-nin fəaliyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisinin dayandırılacağı barədə xəbərdarlıq edilmişdi.

"Biz bir neçə gün əvvəl bütün borclu abonentlərə xəbərdarlıq etmişdik. Bir daha qeyd edirik ki, respublikada borcu olan bütün abonentlərə elektrik enerjisinin verilişi dayandırılacaq”.

Tanrıverdi Mustafayev onu da qeyd etdi ki, abonentlər borclarını ödədikdən sonra elektrik enerjisinin verilişi bərpa ediləcək.

"Azərişıq” ASC noyabrın 20-də xəbərdarlıq etmişdi ki, debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 23 noyabr 2015-ci il tarixində, saat 12:00-dan etibarən müvafiq qanunvericliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.

Elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin "Borc Ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulma”sı elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun "Azərişıq” ASC tərəfindən ciddi tədbirlər görüləcək.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol