• $
  • €
  • ₽
  • ₺
  • £

"Azəristiliktəchizat" "Azəriqaz"la razılığa gəldi

"Azəristiliktəchizat" "Azəriqaz"la razılığa gəldi
01.12.2015 12:59
"Azəristiliktəchizat" ASC-nin "Azəriqaz" İstehsalat Birliyinə olan borcunun mərhələlərlə ödənilməsi barədə razılığa gəlinib.
 
"APA-Economics”in məlumatına görə, bunu "Azəriqaz" istehsalat Birliyinin rəhbəri Əkbər Hacıyev deyib. Onun sözlərinə görə, artıq borcun bir hissəsi ödənilib: "Azəriqaz” və "Azəristiliktəchizat” arasında yaranmış borc məsələsi həllini tapıb. Keçən həftənin şənbə günündən qazanxanalara qazın verilişi təmin edilib. Bu il üçün "Azəristiliktəchizat”ın "Azəriqaz”a olan borcu 8 milyon 400 min manata yaxındır. Bu il üçün  artıq bu məbləğin 3 milyon manatı ödənilib. Dekabr ayında borcun yerdə qalan hissəsi yəni, 5 milyon manat ödənilməlidir”.
 
Ə.Hacıyev əlavə edib ki, bundan sonra qazanxanalara mavi yanacağın verilməsidə məhdudiyyət olmayacaq: "Hər il "Azəristiliktəchizat”a 13 milyon manatlıq qaz verilir. Hər il bu qaz həcmi artan templə davam edir”.  
 
Onun sözlərinə görə,  ümumi borc isə hər iki qurum tərəfindən  müəyyənləşdirilən qrafikə uyğun olaraq hissə-hissə ödəniləcək.
 
Xatırladaq ki, "Azəristiliktəchizat" ASC-nin "Azəriqaz" İstehsalat Birliyinə  43 milyon manat məbləğində borcu var. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol