• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda çirkli avtobus olmayacaq

Bakıda çirkli avtobus olmayacaq
03.12.2015 11:17
Ölkədə fərdi avtomobillərin sayı xeylı artsa da, çoxumuz hələ də gündəlik ictimai nəqliyyatdan - metro və avtobuslardan istifadə edirik.

Lakin həyatımızın ayrılmaz hissəsinə çevrilən bu vasitələr heç də həmişə bizi razı sala bilmir. Bu da daha çox marşrutların salonunda hökm sürən natəmizlik baxımından özünü göstərir.

Həm Bakıətrafı kənd və qəsəbələrə işləyən avtobuslarda, həm də şəhər daxildə hərəkət edən marşrutların bir çoxu əsl natəmizlik yuvasıdır.

Təmiz şəhərdə belə bir ictimai nəqliyyatdan istifadə insana xoş təsir bağışlamır. Əslində isə hər bir avtobus xəttə çıxmamışdan öncə hər gün həm texniki baxışdan keçməli, həm də yuyulub təmiz şəkildə sərnişinlərin istifadəsinə verilməlidir.

"Təmizliyin təmin olunması üçün, növbənin sonunda avtobus avtoparka gələrkən xüsusi yuyucular vasitəsilə avtomobilin üzəri yuyulmalıdır. Bununla yanaşı avtobusun daxilində də təmizlik işləri həyata keçirilməlidir”, - deyə mütəxəssis Ərşad Hüseynov bildirib.

Bu sahəni araşdıran mütəxəssis Ərşad Hüseynov deyir ki, inkişaf etmiş ölkələrin hər birində ictimai nəqliyyatın təmizliyinə xüsusi diqqət yetirilir.

Nəqliyyat nazirliyinin rəsmisi Şəfa Mehmanqızı da artıq dekabr ayından bu sahəyə nəzarətin gücləndirildiyini bildirdi:

"Bu gündən etibarən hansı avtobuslarda nasazlıq aşkara olunubsa, həmin avtobuslar xəttə uzaqlaşdırılıb. Əgər hər hansı bir avtobusun çirkli olması ilə bağlı şikayət olarsa, o zaman "Bakı Sərnişin Nəqliyyat" idarəsinin "141” və yaxud 561- 76-28 - 29 qaynar xəttinə zəng vura bilərlər”.

İctimai nəqliyyatın çirklənməsində sərnişinlər də az rol oynamır. Ona görə onlar da təmizliyə riayyət etsələr yaxşı olar. Bunu da Şəfa Mehmanqızı söylədi.

Bir sözlə, hər kəs öz öhdəsinə düşən təmizliyə riayət etsə, nəticədə kənardan utandırıcı mənzərənin şahidi də olmarıq. //anspress.com

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol