Kamal Abdullayev “Şöhrət” ordeni ilə təltif edildi

Prezident İlham Əliyev Kamal Abdullayevin "Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
"Report” xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında təhsil sahəsində səmərəli fəaliyyətinə görə Kamal Mehdi oğlu Abdullayev "Şöhrət” ordeni ilə təltif edilib.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri vəzifəsində çalışan K.Abdullayevin sabah - dekabrın 4-də 65 yaşı tamam olur.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























