• $
  • €
  • ₽
  • ₺
  • £

Rasim Əliyevin qətli ilə bağlı istintaq yekunlaşdı

Rasim Əliyevin qətli ilə bağlı istintaq yekunlaşdı
09.12.2015 13:30
ANN.TV-nin reportyoru, jurnalist Rasim Əliyevin ölüm faktı üzrə qaldırılan cinayət işinin istintaqı yekunlaşıb. Bu haqda məlumatı ANN.Az-a zərərçəkənlərin hüquqlarını müdafiə edən vəkil Əsabəli Mustafayev verib.
 
Mərhum Rasim Əliyev bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və bu il avqustun 9-da orada vəfat edib. Fakt üzrə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. 

Əsabəli Mustafayev mərhumun valideynləri ilə birgə dünən Bakı Şəhər Prokurorluğunda olduqlarını deyib: "Bizim iştirakımızla istintaq işinin yekunlaşdığı elan olundu. Daha sonra bu barədə də protokol tərtib edildi”.

Vəkil qeyd edib ki, bundan sonra iş materialları ilə tanış olma mərhələsi başlayacaq: "Qanunvericiliyə görə, iş materialları ilə ən əvvəl təqsirləndirilən şəxslər və onların vəkilləri  tanış olmalıdırlar. Sonra isə növbə bizə çatacaq. Yəqin ki, gələn həftənin axırında iş materialları bizə təqdim edilər”. 

Vəkilin sözlərinə görə, zərərçəkən tərəfin istintaq materialları ilə sonda tanış olmasının müsbət tərəfi var: "Biz prosesi axıra qədər izləyib, sonda bütün hallar barəsində öz fikirlərimizi, iradlarımızı göstərə, eyni zamanda cavabdeh tərəfin istintaq qrupuna hansı vəsatət təqdim etdiklərini öyrənə və buna qarşı da hazırlıqlı ola bilərik”.

İş materialları ilə tanış olduqdan sonra yeni vəsatətlər qaldıracağını deyən vəkil dekabrın 7-də istintaqa yeni vəsatətlər təqdim etdiklərini də bildirib: "Bu vəsatət Rasim Əliyevə tibbi yardım göstərən həkimlərlə valideynlərin üzləşdirilməsinə aiddir. Hesab edirik ki, həkimlərin mətbuata verdiyi açıqlamalarla faktiki hallar (yəni Rasimin özünün valideynlərinə dedikləri) arasında fərqlər var. Dünən bu vəsatətin təmin olunmadığı deyildi. Əsas olaraq o göstərildi ki, bu vəsatətdə işin nəticəsinə təsir edə biləcək əsas yoxdur. Onu da deyim ki, biz həkimlərin istintaqa hansı ifadələr verdiyini də bilmirik”.

Əsabəli Mustafayev cinayət işinin məhkəməyə yanvarın sonu, fevral ayının əvvəllərində göndəriləcəyini ehtimal edir. 

Orxan Aslanlı

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol