• $
  • €
  • ₽
  • ₺
  • £

“Günəşli”-dəki qəzanın ətraf mühitə təsiri araşdırılır

“Günəşli”-dəki qəzanın ətraf mühitə təsiri araşdırılır
09.12.2015 22:30
Xəzər dənizindəki "Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş yanğın hadisəsindən sonra ətraf mühitə mümkün təsirlərin öyrənilməsi məqsədilə ekologiya və təbii sərvətlər nazirinin göstərişi əsasında nazirliyin mütəxəssislərindən ibarət  Ekspedisiya Qrupu yaradılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, qrupun tərkibinə Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin, Milli Hidrometeorologiya və Ətraf Mühit üzrə Milli Monitorinq departamentlərinin mütəxəssisləri daxil edilib.

Məlumatda bildirilir ki, "Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə istismara verilən 30 quyudan 28-i qəza baş verənə qədər işlək vəziyyətdə olub, 1 neft və 1 qaz quyusu işləməyib. İstismar edilən 28 quyudan 21-i qaz-lift üsulu ilə işləyən  neft, 7-si isə  qaz quyusudur. Neft quyuları qaz-lift üsulu ilə işlədiyindən qəza zamanı quyulara qazın vurulması dayandırılıb.

Bu səbəbdən neftin su mühitinə düşmək ehtimalı yoxdur. Hazırda yanğının davam etdiyi digər 7 quyudan 4-ü qaz, 3-ü isə qaz-kondensat quyularıdır ki, 4 qaz quyusundan çıxan təbii qaz tam yandığı üçün atmosfer havasına zərərli təsiri nisbətən azdır.

Yəni bu, ölkədəki istilik elektrik stansiyalarında yandırılan qazın atmosferə atdığı karbon birləşmələrindən ibarətdir. Yalnız 3 qaz-kondensat quyusundan müəyyən qədər kondensat sızması ehtimalı dəyərləndirilir.

 Lakin bu quyulardan çıxan karbohidrogenlərin yanması dənizə neft sızması ehtimalını sıfıra endirir və yuxarıda qeyd edildiyi kimi karbohidrogenlər yandıqda daha az zərərli maddələrə çevrilir.

Ekspedisiya Qrupu ilkin müşahidələr aparır, sudan və atmosfer havasından nümunələr götürülməkdə davam edir. Vizual müşahidələr göstərir ki, dənizdə çirklənmə,  platformanın ətrafında neft ləkələri yoxdur.

Bununla belə, təhlillər üçün sudan və atmosferdən nümunələrin mütəmadi olaraq götürülməsi üçün tədbirlər görülür və nazirliyin laboratoriyalarında araşdırılması, ekspedisiya tərəfindən hadisə yerində digər tədbirlərin həyata keçirilməsi, Xəzərin canlı mühitinə təsirin müəyyən olunması təmin edilir.

Təhlillərin nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol