• $
  • €
  • ₽
  • ₺
  • £

İ.Həbibbəyli: "Dilçilik İnstitutu ilə bağlı məsələ şişirdilir"

İ.Həbibbəyli: "Dilçilik İnstitutu ilə bağlı məsələ şişirdilir"
09.12.2015 19:59
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İsa Həbibbəyli Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyevin dünyasını dəyişməsindən sonra bu institutda xaosun, ciddi qayda pozuntularının yaranması, sənədlərin saxtalaşdırılması prosesi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

İ.Həbibbəyli Trend-ə bildirib ki, əslində bu məsələlər bir qədər şişirdilir. Onun sözlərinə görə, T.Hacıyevin ölümündən sonra Dilçilik İnstitutunun fəaliyyətinə AMEA-nın rəhbərliyi nəzarət edir: "Təəssüf edirəm ki, Tofiq müəllimin imzasının saxtalaşdırılması ilə bağlı anlaşılmazlıq var idi. Dilçilik İnstitutunda xüsusi problem görmürəm. İki gün əvvəl İnstitutun şöbə müdirləri ilə söhbətlər aparmışam. Eyni zamanda Akademiyanın akademik katibi Dilçilik İnstitutunun əlaqədar qurumları ilə iş aparır, qarşıya çıxan məsələləri həll edir. İnstitutda qalaq-qalaq dissertasiyaların qalması haqqında deyilənlər də reallığı əks etdirmir”.

İ.Həbibbəyli qeyd edib ki, Dilçilik İnstitutuna yeni direktorun təyin edilməsi barədə hələ konkret qərara gəlinməyib: "Hazırda Akademiyanın rəhbərliyi yeni rəhbərin təyin edilməsi haqqında müzakirə aparır. Tanınmış, həmin ixtisas üzrə idarəetmə qabiliyyəti olan, cəmiyyətin qəbul etdiyi bir nəfərə etimad göstəriləcək. Vacib deyil ki, o, AMEA-da çalışsın. Əsas odur ki, onun qabiliyyəti olsun”.

Xatırladaq ki, Dilçilik İnstitutunun şöbə müdiri, elmlər doktoru İdris Abbasov T.Hacıyevin ölümündən sonra instututda xaos yarandığı bildirib: "Mərhum akademik Tofiq Hacıyevin vaxtında qoyduğu dərkənarlara qanunsuz müdaxilələr edilir. Tofiq müəllimin vəfatından sonra institutda iş ahəngi pozulub. Boş qalan direktor postuna rəhbər təyin olunmaması direktorsuz bir gün belə, ötüşə bilməyən institutda vəziyyəti xeyli gərginləşdirib. Qeyd etmək istəyirəm ki, artıq institutda gedən proseslər mənfi məcraya doğru inkişaf edir. Direktorsuzluq mühitindən doğan özbaşınalıq o həddə çatıb ki, rəsmi sənəd saxtalaşdırılması prosesinə start verilib. Mərhum akademik Tofiq Hacıyevin vaxtında qoyduğu dərkənarlara qanunsuz müdaxilələr edilir. Bir sözlə, institutda xoşagəlməz proseslər gedir”.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol