• $
  • €
  • ₽
  • ₺
  • £

Nardaranda son durum

Nardaranda son durum
05.01.2016 15:30
Bakının Nardaran qəsəbəsində abadlıq və quruculuq işləri davam edir. Qəsəbədə qazsız qalan mənzillərə də təbii qazın verilməsi ilə bağlı işlər yekunlaşmaq üzrədir.

Bu barədə Trend-ə qəsəbə sakinləri məlumat verib. Sakinlər bildiriblər ki, hazırda qəsəbənin abadlaşdırılması ilə bağlı işlər sürətləndirilib: "Küçə və yolların təmiri davam edir, qəsəbənin abadlaşdırılması işləri sürətlə davam etdirilir".

Qəsəbə yollarının təmiri ilə əlaqədar içməli su xəttinin müvəqqəti kəsilməsinə gəlincə isə sakinlər bildiriblər ki, bu məsələ ilə bağlı problem yaşanmır: "Təmirlə bağlı qəsəbənin bəzi ərazilərinə içməli suyun verilməsi müvəqqəti dayandırılıb. Amma sakinlər içməli su ilə lazımi səviyyədə təmin edilir. Qəsəbəni gündəlik içməli su ilə təmin etmək üçün xüsusi avtomobillər ayrılıb. Yolların təmiri başa çatdırılandan sonra isə qəsəbənin içməli su xətti yenidən bərpa olunacaq".

Nardaran qəsəbəsində yaranmış müvəqqəti su problemi ilə bağlı "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı da Trend-ə bildirib ki, qəsəbədə yeni yolların çəkilişi ilə əlaqədar köhnə kommunikasiyalar ləğv edilir və yeni içməli su şəbəkəsi yaradılır: "Köhnə xətlər tamamilə ləğv edilir. Bu işlər çərçivəsində təsdiq olunmuş tədbirlər planına uyğun olaraq "Azərsu" ASC tərəfindən 1 km-ə yaxın içməli su xətti çəkilib və 1200-dən artıq smart sayğac quraşdırılıb. Köhnə xətlərin ləğvi ilə əlaqədar hazırda qəsəbə sakinləri içməli su ilə su maşınları vasitəsilə təmin olunur”.

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Kəlbəliyev Trend-ə açıqlamasında bildirib ki, hazırda Nardaran qəsəbəsində 1900-dən artıq abonent var ki, onların əksəriyyəri təbii qazla təmin edilib: "Ümumilikdə Nardaran qəsəbəsinə təbii qazın verilişi bərpa edilib. Qazın verilişində heç bir problem yoxdur. Artıq abonentlərin böyük əksəriyyəti evlərdə təbii qaz istifadə edir. Abonentlərin bir hissəsi isə hazırda təbii qazdan istifadə edə bilmir. Bunun səbəbi qəsəbədə aparılan abadlıq işləri ilə bağlıdır. Hazırda "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti qəsəbənin küçə və yollarında təmir işləri aparır, yolların genişləndirilməsi, abadlaşdırılmasını həyata keçirir. Təmir işləri ilə əlaqədar olaraq həmin genişləndirilən yolun ərazisinə düşən qaz xətlərinin dəyişdirilməsi, başqa istiqamətə keçirilməsi zərurəti yaranıb. Buna görə də həmin xətlər sökülür, başqa ərazilərə köçürülür və yeni xətlər çəkilir. Aparılan abadlıq işlərinə görə də abonentlərin bir qismi müvəqqəti olaraq qazdan istifadə edə bilmir. Qəsəbədə həyata keçirilən abadlıq işləri və yeni qaz xətlərinin çəkilməsi prosesi başa çatdırılandan sonra həmin abonentlər də təbii qazdan mənzillərində problemsiz istifadə edə biləcəklər”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol