Nazir: "İlkin əlilliyi TSEK-lər deyil, səyyar komissiyalar təyin edəcək"

"İlkin əlilliyi Tibbi Sosial Ekspert Komissiyaları (TSEK) deyil, tibbi-sosial ekspertiza mütəxəssislərdən ibarət səyyar komissiyalar təyin edəcək".
"APA-Economics” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
S. Müslümovun sözlərinə görə, dekabr ayında nazirlikdə səyyar komissiyaların yaradılması ilə bağlı qərar qəbul edilib: "Bu komissiyalar regionlara səfər edərək vətəndaşların ilkin əlilliyi ilə bağlı müayinə aparacaqlar. Bununla da, vətəndaşların əlilliyin təyin olunması ilə bağlı TSEK-lərə müraciət etməsinə ehtiyac olmayacaq".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 15:29
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib























