• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün köhnə Yeni ildir

Bu gün köhnə Yeni ildir
13.01.2016 10:00
Bu gün köhnə təqvimlə yeni il girir.
 
ANS PRESS-in məlumatına görə, yanvarın 13-də Yeni ilin qeyd olunması Rusiyada xristianlığın qəbulundan sonra baş verib. Bu tarixi pravoslav kilsəsi İsa peyğəmbərin doğum günü ilə əlaqədar tərtib etdiyi təqvim əsasında müəyyənləşdirib.

XVIII əsrdə Rusiya imperatoru Birinci Pyotr provaslav kilsəsinin tərtib etdiyi təqvimi ləğv edərək yeni ilin bütün dünyada olduğu kimi ölkəsində də yanvarın 1-dən başlamasına göstəriş verib.

Katoliklər isə yeni ili e.ə 45-ci ildə roma imperatoru Yuli Sezarın tərtib etdiyi təqvim əsasında indiyə qədər yanvarın 1-i qeyd edir.

Köhnə Yeni ilin bayram rəmzlərinə gəldikdə isə bunun təzə yeni ildən heç bir fərqi yoxdur. Yalnız keçmişdə qeyd olunan köhnə Yeni ildə insanlar qurbanlar verirmiş. Tarixi mənbələrə görə, Yeni il qarşılayanlar Saturun adlı qocaya yetgin qızları qurban verirmiş. Onlar qızları şam ağacına bağlayaraq donaraq ölmələrinə səbəb olurlarmış. Sonralar insanlar qızların əvəzinə heyvan qurbanları veriblər.

Şaxta babanın insanlara hədiyyə verməsi ənənəsinin yayılması isə eramızın VII əsrinə təsadüf edir. Bu bizanslı din xadimi Miklus tərəfindən yayılıb. Tarixdə baş verən dəyişikliyə baxmayaraq köhnə yeni il hazırda da keçirilir.

Azərbaycanda isə əhali arasında köhnə Yeni il bayramı haqqında məlumat olsa da bu günü qeyd etmirlər.

Qeyd edək ki, Rusiya ilə yanaşı köhnə yeni il Ukrayna, Belarus, Serbiyada, Çernoqoriya və İsveçrədə keçirilir.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol