• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda vəzifəli şəxslərə CƏZA

Azərbaycanda vəzifəli şəxslərə CƏZA
15.01.2016 19:44
Dövlət Statistika Komitəsinin bir sıra vəzifəli şəxsləri barədə tənbeh tədbirləri görülüb.

Komitədən virtualaz.org-a verilən məlumata görə, etik davranış qaydalarını pozduğuna görə qurumun 30.10.2015-ci il tarixli 255/k nömrəli əmri ilə Zərdab Rayon Statistika İdarəsinin rəisi Əhməd Bağırov, hesabat və icraçılıq intizamında yol verdikləri nöqsanlara və icraçılıq intizamına nəzarəti lazımi səviyyədə təşkil etmədiklərinə görə Dövlət Statistika Komitəsi kollegiyasının 2015-ci il 30 yanvar tarixli 2/1 nömrəli qərarı ilə Sabirabad Rayon Statistika İdarəsinin rəisi Fuad Məmmədov, Ağcabədi Rayon Statistika İdarəsinin rəisi Elsevər İsmayılov, Qusar Rayon Statistika İdarəsinin rəisi Abdulkərim Aşurov, Masallı Rayon Statistika İdarəsinin rəisi Sübhan Hüseynov, Kürdəmir Rayon Statistika İdarəsinin rəisi Ağalar Hacıyev barəsində töhmət intizam tənbeh tədbiri tətbiq edilib.

Bundan başqa, yol verdikləri nöqsanlar Daşkəsən Rayon Statistika İdarəsinin rəisi Xasay Hüseynovun, Zəngilan Rayon Statistika İdarəsinin rəisi Fuad Şıxaliyevin, Hacıqabul Rayon Statistika İdarəsinin rəisi Elman Nəcəfovun, İsmayıllı Rayon Statistika İdarəsinin rəisi Əziz Əzizovun, Şəmkir Rayon Statistika İdarəsinin rəisi Qafqaz Süleymanovun nəzərinə çatdırılıb, maliyyə vəsaitlərindən istifadə sahəsində yol verdikləri nöqsanlara görə Dövlət Statistika Komitəsinin 2015-ci il 09 fevral tarixli 12/t nömrəli əmri ilə Astara Rayon Statistika İdarəsinin rəisi Vasif Həsənova, Masallı Rayon Statistika İdarəsinin rəisi Sübhan Hüseynova, baş mühasibi Əhməd Kərimova, 2015-ci il 12 avqust tarixli 124/k nömrəli əmri ilə Şamaxı Rayon Statistika İdarəsinin rəisi Azər Məmmədova, baş mühasibi Tağı Qaraoğlanova, Şabran Rayon Statistika İdarəsinin baş mühasibi Hacıkişi Mahmudova xəbərdarlıq elan edilib, 2015-ci il 21 dekabr tarixli 331/k nömrəli əmri ilə Lənkəran Şəhər Statistika İdarəsinin rəisi Vaqif Mustafayev və baş mühasib İlham Abbasov barəsində töhmət intizam tənbeh tədbiri tətbiq edilib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol