• $
  • €
  • ₽
  • ₺
  • £

"Donuz qripi" ilə bağlı hərəkətə keçirildi - Azərbaycanda

"Donuz qripi" ilə bağlı hərəkətə keçirildi - Azərbaycanda
15.01.2016 21:33
Səhiyyə Nazirliyi qriplə əlaqədar iki palata yaradıb.

Bakıda "donuz qripi" ilə əlaqədar iki palata yaradılıb. Bu barədə ANS PRESS-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib.

Onun sözlərinə görə, Azərbaycanda "donuz qripi”nə yoluxma halı baş verərsə, bu xəstələrin Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yerləşdirilməsi üçün lazımi hazırlıq işləri görülüb.

Liya Bayramovanın sözlərinə görə, qonşu ölkələrdə H1N1 ("donuz qripi”) virusunun yayılması ilə əlaqədar "donuz qripi”nə qarşı profilaktik tədbirlərin gücləndirilməsi ilə bağlı səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən imzalanan 8 dekabr 2015-ci il tarixli əmrinə əsasən Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda bir şöbə ayrılıb, bu şöbədə 8 boks tipli palata var.

"Bu bokslar mənfi təzyiqli palatalardır, hava daim ventilyasiya sistemi ilə təmizlənir və virus ətrafa yayılmır. Eyni zamanda dərman və xüsusi fərdi qoruyucu vasitələr tədarük edilib, personal təlimatlandırılıb", - deyə o, əlavə etdi.

Qrip əlamətləri olan insanlar aşağıdakılara əməl etməlidirlər: 



Əgər xəstənin "donuz qripi” olduğu təsdiqini taparsa, bu halda həmin xəstələr, ağır pnevmoniya ilə fəsadlaşmış insanlar Ağciyər Xəstəlikləri İnstitutuna göndərilməlidir. Lakin bəzən ağır vəziyyətdə olan insanların poliklinikalara deyil, birbaşa Ağciyər Xəstəlikləri İnstitutuna müraciət etməsi də istisna deyil.



"Bu zaman xəstə ilə bağlı diaqnostika burada təşkil olunacaq. Onu da deyim ki, Ağciyər Xəstəlikləri İnstitutu ilə bərabər Azərbaycanda bir çox xəstəxanalarda "donuz qripi” xəstələri üçün xüsusi palatalar ayrılıb”, - deyə nazirlikdən bildirdilər.

Son bir aya yaxın qonşu ölkələrdə donuz qripi yayılıb. Hətta, bu xəstəlik nəticəsində Türkiyədə 3, Ermənistanda 5, İranda isə 35 nəfərin ölümünə yol açıb. 


Ermənistanda xəstəxana


"Donuz qripi" - insanlar arasında yayılan müxtəlif A/H1N1 viruslarının qarışığından yaranan xəstəlikdir.Bu virusa ilk dəfə 2008-ci ilin aprelində Meksikanın La-Qloriya kəndində yaşayan beş yaşlı oğlan Edqar Ernandes donuz ferması yaxınlığında yoluxub. 

Həmin vaxtdan dünyanın 135 ölkəsində 134 mindən çox adam bu qripə yoluxub ki, onların da 700 nəfərdən çoxu dünyasını dəyişib. Xəstələrin sayı ABŞ, Meksika, Kanada, Böyük Britaniya, Çili və Avstraliyada daha çoxdur.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:40
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Cəmiyyət 09:27
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol