• $
  • €
  • ₽
  • ₺
  • £

"YUĞ Teatrının yerləşdiyi binanın sökülməsinə müsbət rəy verilməyəcək"

"YUĞ Teatrının yerləşdiyi binanın sökülməsinə müsbət rəy verilməyəcək"
21.01.2016 20:09
"Azərbaycan Milli Elmlər Akademiyası Bakının Yasamal rayonu Murtuza Muxtarov küçəsindəki YUĞ Dövlət Teatrının yerləşdiyi binanın sökülməsinə müsbət rəy verməyəcək".

Bunu "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mədəniyyət və memarlıq institutunun Tarixi abidələri qoruma və bərpası problemləri bölməsinin rəhbəri Rahibə Əliyeva deyib.

O bildirib ki, teatrının yerləşdiyi hamam tarixi bina olduğu üçün AMEA-nın rəyi olmadan sökülə bilməz: "YUĞ Dövlət Teatrı söküntü ərazisinə daxil edilib. Azərbaycan ərazisində yerləşən bütün abidələr Milli Elmlər Akademiyasının rəyi olmadan sökülə bilməz. Hazırda akademiyaya qeyd olunan ərazidə yerləşən 11 abidənin sökülməsinə rəy verilməsi ilə bağlı müraciət edilib. Onların içində YUĞ Teatrının yerləşdiyi hamam binası da var. Həmin binalara baxış keçirilib. Azərbaycan Milli Elmlər Akademiyası abidələri qoruyur, bu səbəbdən də onların sökülməsinə icazə verə bilməz. Məsələnin başqa tərəfi isə odur ki, həmin ərazidə aparılan söküntü işləri dövlət proqramı əsasında aparılır".

R.Əliyeva qeyd edib ki, AMEA Azərbaycan ərazisində qorunan abidələrlə bağlı siyahı tərtib edib, hazırda söküntüsü nəzərdə tutulan abidələr də bu siyahıya daxildir: "Nazirlər Kabineti bu siyahını təsdiq edib. İndi isə müraciət ediblər ki, YUĞ Teatrının sökülməsinə rəy verək. Söküləcəkdisə, onda biz niyə abidəni siyahıya daxil edirdik?! Biz YUĞ Teatrının sökülməsinə müsbət rəy verə bilməyəcəyik. "Azəryolservis"ə cavab olaraq bildirilib ki, yolun çəkilişi ilə bağlı başqa bir alternativ variant axtarsınlar. Çünki akademiya yol çəkilişi üçün abidələrin sökülməsinə müsbət rəy verməyəcək. Bununla bağlı Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsi ilə söhbət aparılıb. Onlara "Azəryolservis"lə aparılan danışıqlar barədə məlumat verilib. Təbii ki, son qərarı Nazirlər Kabineti verəcək. Onların hansı qərarı verməsindən asılı olmayaraq, Azərbaycan Milli Elmlər Akademiyası bu məsələyə etiraz edir".
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Bu yolayrıcında işıqfor quraşdırılıb
Cəmiyyət 10:27
Bu yolayrıcında işıqfor quraşdırılıb
Sərhəd naryadına silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
Cəmiyyət 10:23
Sərhəd naryadına silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol