• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda kitablar bahalaşacaq

Azərbaycanda kitablar bahalaşacaq
01.02.2016 09:51
Yeni gömrük rüsumlarının tətbiqi ilə kitabların qiymətində bahalaşmanın olması labüddür.

Oxu.Az xəbər verir ki, bu barədə "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu "Azadlıq radiosu”na açıqlamasında bildirib.

"Yalnız kağız deyil, kitabın da qiyməti artacaq. Xaricdən gələn həm xarici kitablara, həm də xaricdə nəşr olunan yerli yazarların kitablarına gömrükdə 18 faiz ödənməlidir. Bu vaxta qədər kitab 18 faiz ƏDV ödəyicisi idi, yəni bazarda satılarkən ƏDV ödəyirdik.

Belə çıxır ki, indi ikiqat vergi ödəyəcəyik. Hazırda bizim gömrükdə 10 adda kitabımız var və hərəsi təxminən 1500-2000 tirajdı.

Bunlara görə 10 min manat - yəni 18 faizlik ƏDV ödəməliyik. Artıq 10 gündür kitabları gömrükdən götürə bilmirik. Əvvəllər bu ödəniş yox idi, 2016-cı il yanvarın birindən Vergi Məcəlləsinə olan dəyişikliyə görə, xaricdən gətirilən kitablar da vergiyə cəlb olundu. Biz əksini gözləyirdik, elə bilirdik ki, danışılan islahatlarda kitabın üzərindən 18 faiz ƏDV götürülər, amma əksinə oldu, indi kitaba görə ikiqat vergi ödəyəcəyik", - Ş.Xuduoğlu belə deyib.

Təkcə xarici müəlliflərin deyil, yerli yazarların da kitablarının bahalaşacağını deyən nəşriyyat direktoru əlavə edib:

"Biz bəzi kitablarımızı xarici olkələrin nəşriyyatlarında çap edirdik, çünki Azərbaycanda böyük mətbəə sənayesi yoxdur, elə o avadanlığı gətirə bilməməyimizin səbəbi gömrükdə yaradılan problemlər olub.

Biz kitabın bütün nəşriyyat işini burda görüb, sadəcə çap üçün xaricə göndərirdik. İndi belə çıxır ki, bu kitablara ikiqat vergi qoyulur və bunun da fonunda kitabın qiymətinin bahalaşması qaçılmazdır. Digər tərəfdən, kağız bahalaşdığı üçün yerli çap olunan kitabların da qiyməti qalxacaq".

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol