• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yanvar ayının ən isti və ən soyuq keçdiyi illər

Azərbaycanda yanvar ayının ən isti və ən soyuq keçdiyi illər
29.05.2020 09:25
Çoxillik meteoroloji müşahidələrə görə, Azərbaycanda ən isti yanvar ayı 1966-cı ildə olub.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, həmin il yanvar ayının orta aylıq temperaturu müsbət 7,5 dərəcə təşkil edib. Bu da çoxillik qiymətlərdən 3,1 dərəcə yüksək olub.

G.Məmmədova qeyd edib ki, Bakıda yanvar ayında ən yüksək temperatur 1979-cu ildə yanvarın 4-də qeydə alınıb. Həmin gün Bakıda havanın temperaturu müsbət 22,3 dərəcə olub.

G.Məmmədovanın sözlərinə görə, arktik soyuq hava kütlələrinin müdaxiləsi tez-tez baş verdiyindən yanvar ayı çox soyuq keçir. Yanvarın ilin ən soyuq ayı olduğunu, bu ayda şaxtalı günlərin sayının çoxaldığını deyən direktor əvəzi qeyd edib ki, çoxillik meteoroloji müşahidələrə görə, Bakıda yanvar ayında ən soyuq hava 1907-ci ildə yanvarın 24-də qeydə alınıb. Həmin gün havanın minimal temperaturu mənfi 11 dərəcə təşkil edib.

G.Məmmədova qeyd edib ki, 1972-ci ildə də yanvar ayında Bakıda ən soyuq hava qeydə alınıb. Orta aylıq temperatur normadan 4,8 dərəcə aşağı olub. Həmin il yanvarın 23-də minimal temperatur mənfi 9,1 dərəcə olub.

Son 10 ildə isə Bakıda yanvar ayında ən soyuq hava 2008-ci ildə qeydə alınıb: "Həmin il yanvarın 3-dən başlayaraq, hava şəraiti kəskin dəyişmişdi. Havanın temperaturu iqlim normasından 10 dərəcə aşağı olmuşdu. 2008-ci ildə yanvarın 7-dən 8-ə keçən gecə Bakıda rekord şaxta – mənfi 8,7 dərəcə qeydə alınıb”.

Qeyd edək ki, bu il qış fəslinin nisbətən mülayim keçəcəyi gözlənilsə də, bəzi dövrlərdə hava şəraitinin şaxtalı və qarlı keçməsi istisna olunmur.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol