• $
  • €
  • ₽
  • ₺
  • £

AMEA-nın vitse-prezidenti Rusiyadan gələn qonaqları qəbul etdi

AMEA-nın vitse-prezidenti Rusiyadan gələn qonaqları qəbul etdi
10.02.2016 15:08
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İbrahim Quliyev AMEA İnsan Hüquqları İnstitutu və Moskva Dövlət Humanitar-İqtisadi Univer­site­ti­nin (MDHİU) birgə təşkilatçılığı ilə keçirilmiş "Rusiya-Azərbaycan: əlverişli mü­hit­dən inkluziv cəmiyyətə doğru” mövzusunda Dəyirmi Masanın Rusiyadan olan işti­rakçılarını qəbul edib.

AMEA İctimaiyyətlə əlaqələr şöbəsindən ANN.Az-a verilən məlumata görə, qonaqları salamladıqdan sonra akademik İbrahim Quliyev bildirib ki, fiziki imkanları məhdud şəxslərin təhsilə inteqra­siya­sının problem və perspektivləri sahəsində beynəlxalq təcrübənin öyrənilməsində ölkəmiz üçün bu tədbirin əhəmiyyəti böyükdür. Akademik vurğulayıb ki, Dəyirmi Masa ölkəmizdə fiziki  im­kan­ları məhdud olan şəxslərin hüquqlarının və onların həyat şəraitinin yaxşılaş­dırılması istiqamətində aparılan dövlət siyasətinə öz töhfəsini verəcəkdir.

Səmimi qəbula görə AMEA-nın vitse-prezidentinə öz minnətdarlığını bildirən MDHİU-nun rektoru, sosiologiya elmləri doktoru, professor Vaqif Bayramov qeyd edib ki, tədbir çərçivəsində Azərbaycanın fiziki imkanları məhdud olan insanların cəmiyyətə inteqra­siyası, onların sosial vəziyyətinin yaxşılaşdırılması, eləcə də inklüziv təhsilin inkişafı ilə əlaqədar gördüyü işlərlə tanış olublar. Vurğulayıb ki, Rusiya Federasiyası ilə Azərbaycan bu sahədə geniş əməkdaşlıq əlaqələri qurur və birgə layihələr həyata keçirməkdə maraqlıdır.

Daha sonra Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin Uşaqların hü­quq­larının müdafiəsi sahəsində dövlət siyasəti departamentinin inkişaf və sosiallaşma problemləri olan uşaqların təhsili şöbəsinin rəisi Larisa Falkovskaya,  MDHİU-nun Tarix və fəlsəfə kafedrasının professoru Anatoli Gerasimov, MDHİU-nun elmi-tədqiqat laboratoriyasının müdiri Dmitri Rayduqin və ATFDBTM "Ufa Dövlət Neft Texniki Universiteti”nin innovasiyanın inkişafı üzrə prorektoru, Tarix, psixologiya və pedaqogika kafedrasının müdiri, "İnklüziv təhsilin metodologiya və texnolo­giyası” elmi-tədqiqat laboratoriyasının müdiri, tarix elmləri doktoru, professor Svetlana Qaliullina fiziki imkanları məhdud olan şəxslərin sosial müdafiəsi və cəmiyyətə inteqrasiyası sahəsində Rusiyanın təcrübələrindən söhbət açaraq bu sahədə ölkələrində həyata keçirilən tədbirlərin təhlili və mövcud problemlərin həlli istiqamətində fikirlərini bölüşüblər.

Görüşdə AMEA İnsan Hüquqları İnstitutunun direktoru, hüquq elmləri doktoru Aytən Mustafayeva və AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar Fərzəliyev də iştirak ediblər.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol