• $
  • €
  • ₽
  • ₺
  • £

“Rusiya-Azərbaycan: əlverişli mühitdən inkluziv cəmiyyətə doğru” adlı dəyirmi masa

“Rusiya-Azərbaycan: əlverişli mühitdən inkluziv cəmiyyətə doğru” adlı dəyirmi masa
10.02.2016 16:36
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında AMEA-nın İnsan Hüquqları İnstitutu və Moskva Dövlət Humanitar-İqtisadi Universitetinin (MDHİU) birgə təşkilatçılığı ilə "Rusiya-Azərbaycan: əlverişli mühitdən inkluziv cəmiyyətə doğru” adlı Dəyirmi Masa keçirilib.

AMEA Mərkəzi Elmi Kitabxana İctimaiyyətlə əlaqələr bölməsindən ANN.Az-a verilən məlumata görə, tədbirdə Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinin, ali təhsil müəssisələrinin təmsilçiləri, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları, fiziki imkanları məhdud insanlarla iş sahəsində təcrübəsi olan qeyri-hökümət təşkilatlarından alim və mütəxəssislər, KİV nümayəndələri iştirak ediblər.

"Dəyirmi masa”da AMEA İnsan Hüquqları İnstitutunun direktoru, hüquq elmləri doktoru Aytən Mustafayeva fiziki imkanları məhdud insanların cəmiyyətə inteqrasiyası, onların sosial vəziyyətinin yaxşılaşdırılması, hüquqlarının təminatı, həmçinin inklüziv təhsilləri ilə əlaqədar ölkəmizdə davamlı və sistemli işlərin aparıldığını diqqətə çatdırıb. A.Mustafayeva iki ölkə arasında əməkdaşlığın inkişafını qeyd edərək, bu əməkdaşlığın əlilliyi olan şəxslərin sosial müdafiəsi məsələləri, xüsusən əlilliyi olan şəxslərin bərpa müalicəsi sahəsində də davam etdirilməsinin qarşıda duran vəzifələrdən olduğunu bildirib.

Tədbirdə Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin Uşaqların hüquqlarının müdafiəsi sahəsində dövlət siyasəti departamentinin inkişaf və sosiallaşma problemləri olan uşaqların təhsili şöbəsinin rəisi Larisa Falkovskaya, MDHİU-nun rektoru, professor Vaqif Bayramov, Beynəlxalq paraolimpiya komitəsinin prezidenti Filip Kreven, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əhalinin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin direktoru Vüqar Həsənov və başqaları tədbirinin təşkilini yüksək dəyərləndiriblər, bu cür "dəyirmi masa”ların əlillik məsələlərinin həlli ilə bağlı fikir və məlumat mübadiləsində əhəmiyyətli olacağını vurğulayıblar.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən tədbirdə ölkəmizdə fiziki imkanları məhdud şəxslərin təhsilə inteqrasiyası, onların işlə təmin olunması, xüsusi qayğıya ehtiyacı olan uşaqların beynəlxalq təcrübəyə uyğun şəkildə təhsil almaları, nəzəriyyə və təcrübə vasitəsi ilə onların icbari məktəbəqədər təhsilə, həmçinin müəyyən bacarıqlara yiyələnmək imkanları müzakirə olunub.

Qeyd olunub ki, inklüziv təhsilin inkişafı dünyanın bir çox ölkələrində təhsil siyasətinin prioritetlərindəndir. Aparılan islahatlar təhsilin beynəlxalq prinsip və standartları ilə uyğunlaşması məqsədi daşıyır. Artıq təhsilin məqsədlərindən biri də əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasını stimullaşdırmaq və onu reallığa çevirməkdir.

"Dəyirmi Masada həmçinin əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə daha çox inteqrasiyası sahəsində görülən işlərə dair qarşılıqlı məlumatlar verilib, gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Sonda İnsan Hüquqları İnstitutu və MDHİU arasında əməkdaşlığa dair müqavilə imzalanıb.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol