• $
  • €
  • ₽
  • ₺
  • £

Prokuror Bakıda polis rəisini bıçaqlayanlara cəza istədi

Prokuror Bakıda polis rəisini bıçaqlayanlara cəza istədi
16.02.2016 21:04
Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin rəisi Anar Şıxəliyeva qarşı cinayət törədən Anar Əliyev, Ceyhun Niftəliyev, Nurlan Həsənov və Ələkbər Qəhrəmanovun məhkəməsi keçirilib.

Trend-in məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışı zamanı Ə.Qəhrəmonovun 11 il, C.Niftəliyevin 8 il, A.Əliyev və N.Həsənovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, zərərçəkmiş polis rəisi A.Şıxəliyev məhkəmə istintaqı dövründə ifadə verib. O, ifadəsində təqsirləndirilən şəxslərin heç birini tanımadığını bildirib: "Dostum Ələddinin "Mercedes Galenvagen” markalı avtomobili məndə idi. Ayna Sultanova tərəfə gedirdim. Getdiyim yerdə bir "Niva”, bir də "Opel” markalı avtomobil qarşımı kəsdi. Maşına hücum etdilər. Beysbol çubuqları ilə maşına vurmağa başladılar. Şoka düşmüşdüm. Şüşələri qırdılar. İki nəfər mənə 3 bıçaq zərbəsi endirdi. Sonra hadisə yerindən qaçdılar. Bıçaq zərbələri qoluma, kürəyimə dəymişdi. Sonradan araşdırdım ki, bu şəxslər məni kiminləsə səhv salıb və bu əməli törədiblər. Buradakı şəxslərdən biri (Ceyhun Niftəliyevi göstərərək) mənə bıçaq vurub, digəri burada yoxdur. Şikayətçi deyiləm. Nə şikayətim var, nə də tələbim. Məni başqası ilə səhv salıblar”.

Qeyd edək ki, hadisə 2014-cü il iyunun 20-nə keçən gecə "Xutor" adlanan yaşayış məntəqəsində qeydə alınıb. Polis rəisi dostuna məxsus "Mercedes Galenvagen” markalı avtomobili idarə edərkən naməlum şəxslər "Niva” və "Opel" markalı avtomobillərlə arxadan və qabaqdan onun yolunu kəsiblər. Təxminən 10 nəfərə yaxın adam avtomobillərdən düşərək əllərindəki taxta dəyənəklərlə "Mercedes Galenvagen”in bütün şüşələrini sındırıblar. Buna etiraz edən A.Şıxəliyev isə bıçaqlanıb. Ona sağ qolundan və kürək nahiyəsindən 3 xəsarət yetirilib.

Aparılan araşdırmalar zamanı hadisənin Xəyal Qəhrəmanov, Ə.Qəhrəmanov, A.Əliyev, C.Niftəliyev və N.Həsənov tərəfindən törədildiyi məlum olub.

Şübhəli şəxslər bir neçə ay gizlənərək istintaqdan yayına biliblər. Onlardan X.Qəhrəmanovun cinayət işi ayrıca icraata götürülüb.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol