• $
  • €
  • ₽
  • ₺
  • £

Ramil Usubov 35 nəfərə vəzifə verdi

Ramil Usubov 35 nəfərə vəzifə verdi
19.02.2016 20:12
Fevralın 19-da Daxili İşlər Nazirliyində (DİN) sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət edən ali hüquq təhsilli əməkdaşların respublikanın ərazi polis orqan və hissələrində vakant olan zabit yerlərinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov ənənəvi olaraq təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini xatırladıb.

Qeyd olunub ki, ulu öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə ölkəmizin parlaq gələcəyinin işgüzar, mükəmməl təhsil almış, dövlətçiliyə sadiq gənclərdən asılı olduğunu vurğulayıblar. Gənc əməkdaşların hazırlıq səviyyəsinin artırılması, onlara lazımi diqqət və qayğı göstərilməsi, vəzifədə irəli çəkilmələri ölkə rəhbərliyinin fəaliyyətində prioritet istiqamətlərdəndir.

R.Usubov Baş Kadrlar İdarəsinin rəhbərliyinə təyinatın tədbir iştirakçılarının istək və arzuları, hazırda yaşadıqları yerlər nəzərə alınmaqla həyata keçirilməsinə dair tapşırıq verdiyini, həmin tapşırığa uyğun olaraq sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət edən əməkdaşların zabit vəzifələrinə təyin olunmaları barədə müvafiq əmr imzaladığını diqqətə çatdırıb.

Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov DİN-ə 35 əməkdaşın dəvət edildiyini bildirib, onların və təyin edildikləri vəzifələrin siyahısını elan edib.

Nazirliyə dəvət olunanlardan 10 nəfəri əməliyyat müvəkkili, 20-si sahə inspektoru, 5 nəfəri isə kadr, post-patrul xidmətlərinə, həmçinin, məsul növbətçi, yetkinlik yaşına çatmayanların işləri üzrə inspektor vəzifələrinə təyinat alıblar.

Xaçmaz RPŞ-də taqım komandiri vəzifəsinə təyin olunan Səbuhi Zeynalov gənc zabitlərin adından çıxış edərək xüsusi diqqət və qayğıya görə DİN-in rəhbərliyinə təşəkkürünü bildirib, yüksək etimadı gələcək fəaliyyətləri ilə doğrultmağa çalışacaqlarını qeyd edib.

Tədbirin sonunda daxili işlər naziri gənc əməkdaşlara tapşırıq və tövsiyələrini verib. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilən cinayətkarlıqla qətiyyətli mübarizə, sabitliyin dönməzliyinin təmini, insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi qorunması kursu daxili işlər orqanlarının da üzərinə böyük və məsul vəzifələr qoyur.

Nazir gəncləri bir daha təbrik edərək zabit olmağın şərəfli bir iş olduğunu, ümumilikdə, onların vətəndaşlara münasibətindən daxili işlər orqanları barədə müsbət və ya mənfi ictimai rəyin yarana biləcəyini, polis adını uca tutmalarını, daim bilik və təcrübələrini artırmalarını, öz üzərilərində işləmələrini, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını, ədalətli və obyektiv olmalarını, cinayətkarlıqla mübarizədə hər zaman cəzanın labüdlüyü prinsipindən, dövlətin və qanunun mənafeyindən çıxış etmələrini tövsiyə edib, çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulayıb.

Daxili işlər naziri əmin olduğunu bildirib ki, gənc zabitlər bu yöndə səylərini əsirgəməyəcək, dövlətçiliyə, anda sədaqətlə xidmət edəcək, göstərilmiş etimadı layiqincə doğruldacaqlar.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol