• $
  • €
  • ₽
  • ₺
  • £

70-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb

70-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb
26.02.2016 13:00
"Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilə bağlı Ombudsman Aparatına 1982 müraciət daxil olub”.
 
APA-nın xəbərinə görə, bu barədə Ombudsmanın illik hesabatında bildirilib. Hesabatda qeyd olunub ki, ötən dövrdə korrupsiyanın və digər neqativ halların aradan qaldırılması üzrə Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilmiş tədbirlər çərçivəsində 200-dək hakim barədə intizam icraatı başlanılıb, kobud qanun pozuntularına və fəaliyyətlərinin qiymətləndirilməsi nəticələrinə görə 70-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb. Hüquq və azadlıqların məhkəmə təminatı hüququnun pozulması ilə bağlı şikayətlər, əsas etibarilə, məhkəmədə işə baxılma vaxtı və yeri haqqında məhkəmə prosesinin iştirakçılarına müvafiq xəbərdarlığın (bildirişin) göndərilməməsi və ya gec göndərilməsi, bəzi hakimlər tərəfindən tərəflərinə bərabərliyinə və çəkişmə prinsipinə əməl edilməməsi, məhkəmə iclası zamanı bəzən tərəflərin vəsatətlərinə və sübut kimi təqdim etdikləri sənədlərə diqqət verilməməsi, məhkəmə qərarlarının surətinin tərəflərə verilməməsi və ya vaxtında göndərilməməsi, məhkəmə qərarlarında texniki səhvlərə yol verilməsi, apellyasiya və kassasiya şikayətlərinin aidiyyəti göndərilməsi üzrə tərəflərin məlumatlandırılmamaması, süründürməçilik halları, qərarların icraya vaxtından yönəldilməməsi, hakimlərin məhkəmə qərarlarının icrasına nəzarət etməməsi ilə bağlı olub. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol