• $
  • €
  • ₽
  • ₺
  • £

ADU-da “Zərif qəhrəmanlar” adlı dəyirmi masa keçirildi

ADU-da “Zərif qəhrəmanlar” adlı dəyirmi masa keçirildi
09.04.2016 11:11
Azərbaycan Dillər Universitetində (ADU) universitetin Linqvokulturologiya kafedrasının təşəbbüsü, həmin kafedranın müəllimi Tahirə Zairovanın təşkilatçılığı ilə  "Zərif qəhrəmanlar” adlı dəyirmi masa keçirildi.

Öncə son günlərdə təmas xəttində erməni təxribatı nəticəsində şəhid olan igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, sonra müğənni Çingiz Mustafayevin ifasında "Ana mən şəhid oldum” mahnısı səsləndirildi.

Daha sonra Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva çıxış edərək, aprelin 1-dən 2-nə keçən gecə cəbhədə erməni təxribatı nəticəsində baş verən insidentdən, işğal altında olan torpaqlarımızı düşməndən təmizləmək uğrunda həmrəylik nümayiş etdirməsindən danışdı. Haqqında danışılan məsələnin hər bir Azərbaycan vətəndaşının ürək ağrısına səbəb olduğunu deyən professor, vətənin müdafiəsinə qalxaraq şəhidlik zirvəsinə yüksələn övladlarımızın ruhunun həmişə bizimlə olacağını söylədi, onları daim yad etməyi insanlıq, vətəndaşlıq borcu kimi qiymətləndirdi. O, daha sonra Azərbaycan qadınının mərdlik, şücaət, mübarizlik, mətinlik kimi yüksək dəyərlərə malik olmasından, onların qəhrəmanlıqları ilə tarixin yaddaşında özünəməxsus yer tutmasından bəhs etdi. Qəhrəmanlığı ilə seçilən  qadınlarımızın arxa cəbhədə  həkim, şəfqət bacısı və s. kimi xidmətlərin göstərilməsində böyük  rol oynamasını vurğulayan Məsməxanım Qazıyeva hər bir Azərbaycan xanımının ürəyində belə şücaətin, istəyin olduğuna əminliyini ifadə etdi. O, tədbirin təşkil olunmasını yüksək qiymətləndirdi, iştirak edən hər kəsə təşəkkürünü bildirdi.

Dəyirmi masada ilk qəhrəman qadın kimi tarixə düşən Massaget hökmdarı Tomris, dərin ağıl və müdrikliyə malik Bərdə hökmdarı Nüşabə, xalq qəhrəmanı Qaçaq Nəbinin ömür-gün yoldaşı Həcər, Cənubi Avropa və Yaxın Şərqdə ilk təyyarəçi qadın Leyla Məmmədbəyova, "Azərbaycan SSR-in əməkdar səhiyyə işçisi Dürrə Məmmədova, təyyarəçi qadın Sona Nuriyeva, tibb sanitar batalyonunun rəisi Aliyə Rüstəmbəyova, Kapitan rütbəli təyyarəçimiz Züleyxa Seyidməmmədova, gəmi kapitanı Şövkət Səlimova, Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərova, Azərbaycanın Milli Qəhrəmanı, hərbi həkim Gültəkin Əsgərova, "Azərbaycan Bayrağı” ordeni ilə təktif olunan Qaratel Hacımahmudova haqqında məlumatları əks etdirən video-çarx nümayiş olundu.

Daha sonra çıxış edən Pedaqoji (ingilis dili-fransız dili) fakültənin dekanı, dosent Vəfa Babayeva qadınların məğrur, dözümlü, səbirli eyni zamanda zərif olduğunu söylədi, onların cəmiyyətdəki missiyasına diqqət çəkərək zəif görünən incə məxluqun əslində güclü daxili aləmə sahib olmasını dedi. O, son günlər hamının diqqətinə hakim kəsilən olaylarda xanımların vətənpərvərlik, həmrəylik məsələlərində əks cinsdən heç də geri qalmadıqlarını vurğuladı. Vəfa Babayeva  ADU tələbələrinin dil biliklərindən istifadə edərək, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq işində fəallıq göstərdiklərini və buna görə də tələbələrin sosial şəbəkələrdəki şəxsi hesablarının qarşı tərəfin hədəfinə tuş gəldiyini söylədi, amma bütün bunlara baxmayaraq bu istiqamətdə təbliğatın vacibliyini bildirdi.

ADU-nun Alman dili kafedrasının baş müəllimi Hənifə İmanquliyeva,  Kitabxana İnformasiya Mərkəzinin bölmə müdiri Güllüzar Məmmədova bütün qəhrəmanları dünyaya gətirənlərin məhz qadınlar olması, onların cəmiyyətin bir çox sahələrində böyük rol oynamasından bəhs etdilər, xanım tələbələrin nümayiş etdirdikləri vətənpərvərliyin sevindirici hal olduğunu qeyd etdilər.

Tədbirdə milli vətənpərvərlik ruhunda mahnılar səsləndirildi, "Qadın ürəyi” şeiri səsləndirildi.
 




www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol