• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil şöbələrində nöqsanlar aşkarlandı - SİYAHI

Təhsil şöbələrində nöqsanlar aşkarlandı - SİYAHI
09.04.2016 10:22
Şəhər Təhsil şöbəsinin müdiri vəzifəsindən azad olunub
 
Hesablama Palatası bir neçə rayon (şəhər) təhsil şöbəsində audit tədbirləri həyata keçirib. Tədbirlər Yevlax şəhər, İsmayıllı və Şamaxı rayon təhsil şöbələrinin fəaliyyətini əhatə edib.

"Report”un xəbərinə görə, bu barədə "Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci ildə fəaliyyəti haqqında” adlı hesabat sənədində bildirilib.
Sənədə əsasən, mövcud statistik məlumatların təhlili, nəzarət tədbiri keçirilən təhsil müəssisələri üzrə ali təhsil müəssisələrinə qəbul olanların məzunlarının sayında xüsusi çəkisinin 2012-ci illə müqayisədə artdığını göstərsə də, ümumilikdə bu göstərici abituriyentlərin yarısından da olub.
Nəzarət tədbirləri zamanı audit olunan təhsil şöbələrində əməyin ödənişi ilə bağlı bir sıra normativ-hüquqi aktların tələblərinə riayət edilməyi məlum olub. Həmin nöqsanlar nəticəsində artıq icra edilən cəmi vəsait əsasən siniflər üzrə şagirdlərin sıxlığının gözlənilməməsi və az kontingentli siniflərdə komplektləşdirmə aparılmaması, artıq dərs və dərnək saatlarının tarifləşdirilməsi, sinif rəhbərliyi və digər əlavələrin düzgün hesablanmaması meydana çıxıb.

Bundan başqa, bir sıra ümumtəhsil məktəblərinin hərbi rəhbərlərinin pedaqoji təhsilləri olmadığı halda onlara bədən tərbiyəsi və əmək təlimi ixtisası üzrə dərs yükünün tarifləşdirilməsi, habelə müxtəlif səbəblərdən artıq ştatların saxlanılması kimi nöqsanlara rast gəlinib. Ümumiyyətlə 2877 dərs saatı artıq tarifləşdirilib və 21 ştat artıq saxlanılıb.

Eyni zamanda, nöqsanların aradan qaldırılması istiqamətində görülən tədbirlərin nəticəsi olaraq, Yevlax şəhər Təhsil şöbəsinin müdiri və 1 mühasib vəzifədən azad edilib, baş mühasibə və 12 mühasibə şiddətli töhmət verilib.

İsmayıllı rayon Təhsil Şöbəsinin təchizat bölməsinin müdiri və 1 əməkdaş vəzifədən azad edilib, 10 məktəb direktoru və 1 mühasibə töhmət elan olunub.

Şamaxı rayon Təhsil şöbəsi tərəfindən isə daxil olan məlumatda qeyd olunur ki, 4 məktəb direktoru işdən azad olunub, 11 məktəb direktoruna töhmət verilib, 8 direktora xəbərdarlıq elan olunub, həmçinin 3 mühasibə töhmət verilib.

Qeyd edək ki, hesabat sənədi Milli Məclisə təqdim olunub. Sənəd aprelin 15-də Milli Məclisdə müzakirəyə çıxarılacaq.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol