• $
  • €
  • ₽
  • ₺
  • £

BDU-nun sabiq prorektoru dünyasını dəyişdi

BDU-nun sabiq prorektoru dünyasını dəyişdi
09.04.2016 17:02
Bakı Dövlət Universitetinin (BDU) müəllimi dünyasını dəyişib.
 
"Report"un məlumatına görə, fizika-riyaziyyat elmləri namizədi, BDU-nun Maddə quruluşu kafedrasının professoru, Fakültə Tədris-Metodiki Şuranın Sədri Məmmədov Məmməd Şıxəli oğlu 82 yaşında vəfat edib.

Qeyd edək ki, M.Məmmədov 1934-cü ilin mart ayının 15-də Naxçıvan MR-nın Culfa şəhərində anadan olub. 1954-cü ildə orta məktəbi bitirərək, Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olub. 1959-cu ildə BDU-nu bitirdikdən sonra Milli EA-nın Fizika institutunda əmək fəaliyyətinə başlayıb, 1960-cı ildə aspiranturaya qəbul olunaraq Moskva və Xarkov şəhərlərinə ezamiyyə olunub. 1966-cı ildə müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi adını almış. 1971-ci ildə dosent, 1991-ci ildə professor elmi adını alıb.1967-ci ildən BDU-da müxtəlif vəzifələrdə işləyib: 1982-1984 illərdə BDU-da xarici əlaqələr üzrə prorektor, 1984-1989-cu illərdə axşam və qiyabi təhsil üzrə prorektor. 1986-cı ildə "Şərəf" nişanı ordeni, 2000-ci ildə "Əməkdar müəllim" adı ilə təltif olunub.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı-Tbilisi qatarında siqaret çəkən həbs olunub
Cəmiyyət 11:39
Bakı-Tbilisi qatarında siqaret çəkən həbs olunub
İnsanı kənddə saxlamaq üçün sadəcə çağırış etmək kifayət deyil - deputat
Cəmiyyət 11:37
İnsanı kənddə saxlamaq üçün sadəcə çağırış etmək kifayət deyil - deputat
Fazil Mustafa: Naxçıvana ayrılan dotasiyanın azaldılması doğru addım deyil
Cəmiyyət 11:30
Fazil Mustafa: Naxçıvana ayrılan dotasiyanın azaldılması doğru addım deyil
Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanılıb
Cəmiyyət 11:13
Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanılıb
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu xəstəlikdən vəfat edib
Cəmiyyət 10:53
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu xəstəlikdən vəfat edib
Məişət zorakılığı zəminində qəsdən adam öldürmə halları 26,2% artıb
Cəmiyyət 09:50
Məişət zorakılığı zəminində qəsdən adam öldürmə halları 26,2% artıb
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol