• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Mirzəyevin səhhəti yenidən pisləşdi

İlham Mirzəyevin səhhəti yenidən pisləşdi
16.04.2016 11:00
Dələduzluqda təqsirləndirilərək həbs olunan tanınmış aparıcı İlham Mirzəyevin səhhətində yenidən problemlər yaranıb.

Trend-in məlumatına görə, İ.Mirzəyev saxlanıldığı 17 saylı cəzaçəkmə müəssisəsində səhhətində ciddi problemlər olduğundan Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülüb. Aparıcı hazırda adıçəkilən müalicə müəssisəsində həkim nəzarətində saxlanılır.

Qeyd edək ki, bir müddət əvvəl İ.Mirzəyevin səhhətində ciddi problemlər yaranıb. Nəticədə aparıcı yeriməyə çətinlik çəkib, köməksiz hərəkət edə bilmirdi. Həkimlərin müayinə və müalicəsindən sonra İ.Mirzəyevin səhhətində qismən irəliləyiş olsa da, səhhətindəki problemlər qalmaqdadır. Bir neçə gün öncə isə İ.Mirzəyevin səhhətində yenidən problemlər yaranıb.

Xatırladaq ki, İ.Mirzəyev 2014-cü il aprelin 11-də dələduzluq ittihamı ilə həbs olunub. İttihama əsasən, aparıcı direktoru olduğu "İlhamed" tibb mərkəzində Aynur Əhmədova adlı vətəndaşa cadugərlik yolu ilə yalan vədlər verərək, onun 3000 avro pulunu mənimsəyib. Lakin İ.Mirzəyev ittihamı rədd edir və deyilənlərin yalan olduğunu bildirir.

Nərimanov rayon məhkəməsi İ.Mirzəyevin 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Sonra Bakı Apelyasiya Məhkəməsi onun barəsində olan hökmü dəyişib və cəzanın müddəti 3 il 6 aya endirilib.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol