• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yeni təhsil agentliyi yaradılır

Azərbaycanda yeni təhsil agentliyi yaradılır
16.04.2016 17:07
"Bu gün Təhsil Nazirliyinin tabeliyində 114 ilk-peşə ixtisas təhsili müəssisəsi var”.
 
APA-nın xəbərinə görə, bunu deyən Təhsil Nazirliyinin ilk peşə-ixtisas təhsili sektorunun müdiri Nigar İsmayılzadə bildirib ki, ilk peşə ixtisas təhsili müəssisələrindən 45-i peşə liseyi, 61-i peşə məktəbi (8-i cəzaçəkmə müəssisələrinin tərkibində), ikisi tədris mərkəzidir.
 
Onun sözlərinə görə, peşə təhsili müəssisələrindən 6-sı işğal olunmuş rayonlarda yerləşdiyindən onların fəaliyyəti dayandırılıb. O qeyd edib ki, ümumilikdə peşə ixtisas təhsili müəssisələrindən 34-ü Bakıda yerləşir.
 
Sektor müdiri bildirib ki, respublikanın ilk peşə-ixtisas təhsili müəssisələrində 126 peşə üzrə 23850 şagird təhsil alır. 2015-2016-cı il peşə məktəblərinə qəbulun 16990 nəfər olduğunu deyən N. İsmayılzadə əlavə edib ki, ilk peşə ixtisas təhsilinin müddəti 1-3 ildir.
 
"Orta məktəb məzunlarının yalnız 11%-i peşə təhsilinə müraciət edir. Peşə təhsili məzunlarından isə 10-11%-i təhsilini davam etdirir. Dövlət ilk-peşə ixtisas təhsili müəssisələrində 5507 nəfər çalışır, onlardan 3555-i rəhbər və mühəndis-pedaqoji, 1952-si qeyri-pedaqoji işçilərdir. Hazırda peşə ixtisas təhsili müəssisələrində ixtisaslar optimallaşdırılır. Yaxın gələcəkdə peşə məktəblərinin yataqxanalarla təchiz olunaraq kompleks şəklində fəaliyyət göstərəcəyi nəzərdə tutulur”,  – deyə N. İsmayılzadə vurğulayıb.
 
Nazirlik rəsmisi əlavə edib ki, Azərbaycanda Peşə Təhsili Dövlət Agentliyinin yaradılması nəzərdə tutulur. Onun sözlərinə görə, burada məqsəd müasir menecment modellərinin tətbiqi, peşə təhsili sisteminin yenidən qurulması, bu sahədə çevik idarəetmənin təmin edilməsi, istiqamətlərin koordinasiyasında səmərəlik, yeni imic və cəlbedicilikdir: "Peşə təhsili sistemində idarəetmə modelinin də dəyişilməsi istiqamətində işlər aparılır ki, bu sahədə Sinqapur, Koreya, Finlandiya və Almaniya modelləri öyrənilir”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol